Əsas Səhifə > Sosial, Manşet > SAMİR ŞƏRİFOVUN QƏLƏMİNİ KİMLƏR VƏ NİYƏ QIRIB?
SAMİR ŞƏRİFOVUN QƏLƏMİNİ KİMLƏR VƏ NİYƏ QIRIB?6-03-2013, 12:48 |
MALİYYƏ NAZİRLİYİNİN FƏALİYYƏTİ ARAŞDIRILIB: YEYİNTİ FAKTI VAR DİA.AZ: - Bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifovun Rusiyada dəstək axtarması barədə məlumatlar yayıldı. İndi isə nazirlə bağlı yeni ilginc faktlar açıqlanıb. Bu barədə DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatlardan aydın olur ki, Samir Şərifovun adı çox ciddi maliyyə maxinasiyalarında hallandırılır və onun Rusiyaya yön alması da əslində hakimiyyət içindəki mövqelərinin zəifləməsi ilə əlaqədardır. Məlumatda deyilir ki, keçən ilin sonlarına yaxın birbaşa olaraq yuxarıların sifarişi əsasında maliyyə nazirliyinin fəaliyyəti araşdırılıb və pul köçürmələri, pul ayırmalar, həmçinin büdcədən çıxan digər təmayüllü vəsaitlər barəsində təftiş həyata keçirilib. Mənbənin sözlərindən belə aydın olur ki, Rusiya qanadının nümayəndəsi kimi hədəfə çevrilən Samir Şərifov da əslində son ayların olayları fonunda hədəfə çevrilib: «Yəni o da «elnən gələn bəlanın» hədəfindədir. Burada təsadüfi heç nə yoxdur. Əslində əvvəlki nazirin fəaliyyətinin araşdırılması ilə də ortaya neqativ məqamlar çıxarmaq olardı. Lakin belə bir addım atılmadı. İndi isə Samir Şərifovla bağlı araşdırma aparılır. Bu da o deməkdir ki, adamın qələmi qırılıb». Geri qayıt |