Əsas Səhifə > Gündəm, Manşet > MSK SƏDRİNİN QOHUMUNA QARŞI İTTİHAM

MSK SƏDRİNİN QOHUMUNA QARŞI İTTİHAM


22-09-2011, 13:04
MSK SƏDRİNİN QOHUMUNA QARŞI İTTİHAM

QULDUR ÖZBAŞINA ELAN EDİLDİ

Bir neçə vaxtdır ki, şimal rayonlarında vətəndaşları aldadaraq onların vaqonlarla mallarını mənimsəyən qrupun fəaliyyəti barədə məlumat vermişdik. Bildirmişdik ki, Misir Mərdanov və Məzahir Pənahovun himayəsi altında olduqları özləri tərəfindən iddia edilən bu dəstə illərlə Dağıstan Respublikasında bir qrup şəxslə əlbir olaraq Azərbaycanın şimalından ticarət məqsədilə Rusiya bazarlarına alma və digər meyvə aparan insanların məhsullarını mənimsəyiblər.

Nəticədə yüzlərlə insana külli miqdarda maddi və mənəvi ziyan dəyib. Maraqlıdır ki, 5 ildən artıq bir müddətdə fəaliyyət göstərən bu dəstə barədə bütün güc strukturlarının xəbəri olduğu halda heç kəs bu dəstənin üzvlərini həbs etmək istəmirdi. PİA.AZ olaraq problemi araşdırdığımız zaman sadə jurnalist tədqiqatı nəticəsində bir çox məsələlərə aydınlıq gətirə bildik. Halbuki, bütün bizim apardığımız araşdırmalardan daha dolğun informasiyalar güc strukturlarının əlində idi.

Bu günlərdə aldığımız informasiyalara görə isə dəstənin fəal üzvü Tağıyev Fərhad həbs olunub. Dəstənin digər üzvlərinin və dəstə rəhbəri Tağıyev Fərmanın heç yerdə adının çəkilməməsi maraqlı olsa da, Tağıyev Fərhada qarşı irəli sürülən ittiham daha təəccüblüdür.

Daxili İşlər Nazirliyinin İstintaq və Tədqiqat İdarəsi bu şəxsin əməllərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1 maddəsilə hüquqi tövsif edib. 5 İldən artıq xeyli sayda insanı aldadaraq külli miqdarda ziyan vuran şəxsləri ÖZBAŞINALIQda günahlandırırlar. Məlumat üçün qeyd edək ki, adıçəkilən maddənin tələblərinə görə - Özbaşınalıq, yəni qanunla və ya digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda-

Minimum əmək haqqı məbləğinin beş yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

5 ildən yuxarı sadə camaatın məhsulunu dələduzluq yolu ilə mənimsəyənlərin hərəkətlərinin aidiyyatı belə olmayan maddə ilə tövsif edilməsi isə bir daha bu dəstənin “sahibsiz” olmadığına dəlalət edir.

Araşdırmalarımız davam edir.


Geri qayıt