Əsas Səhifə > Güney Press, Araşdırma > ELŞAD ABDULLAYEVƏ QARŞI FAKT

ELŞAD ABDULLAYEVƏ QARŞI FAKT


8-03-2013, 11:01
ELŞAD ABDULLAYEVƏ QARŞI FAKT
Rusiyanın tanınmış alimi Kozırinin özünün 2003-cü ildə buraxılmış «Xarici ölkələrin inzibati hüququ» adlı kitabında Elşad Abdullayevin onun bu əsərini necə oğurladığını elə həmin kitabında xüsusi olaraq qeyd edib…

«Elşad Abdullayevin «Yeni Müsavat» qəzetində həvəslə çap etdirdiyi uydurma açıqlamalarının ömrü heç «40 gün» də çəkmədi… Moskvadakı mənbələrdən mənim elektron poçtuma göndərilmiş bir rəsmi sənəd olduqca şok effekti yaradandır və E.Abdullayevin həqiqətən də nə qədər yalançı olduğunu sübut edir.».

Bu sözləri «Təzadlar»a tanınmış vəkil, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Ramiz Zeynalov bu dəqiqələrdə bildirdi. R.Zeynalov olduqca maraqlı açıqlama verdi:

-Sabiq ABU rektoru «Yeni Müsavat»dakı uydurma və yalanlarına söykənib ictimaiyyəti aldadaraq yazır ki, guya onun elmi əsərləri, xüsusən də Fransanın tanınmış alimi Gi Brebanın və Rusiyanın tanınmış alimi Kozırinin əsərlərini oğurlaması barədə «Təzadlar» qəzetinin araşdırmaları doğru deyil, yalandır… Bu da bu yalançı «professor»a tutarlı cavab. Məndə professor A.H.Kozırinin 2003-cü ildə buraxılmış ёXarici ölkələrin inzibati hüququ» kitabının elektron və foto surəti variantları vardır… Hörmətli professor Kozırinin görün nə məcburiyyət qarşısında qalıbsa, həmin kitabın 4-cü səhifəsində, səhifənin aşağı hissəsində ayrıca qeyd ilə yazır ki, indi qoy oxucular və elm ictimaiyyəti görsün ki, bu Elşad İslam oğlu Abdullayev mənim kitabımı necə oğurlayıb, plagiatlıq edib… Hələlik Kozırinin kitabının 4-cü səhifəsindəki qeydə baxın...(Foto)

Redaksiyadan: Hazırda yazı geniş formada çapa hazırlanır. Hələlik bircə məsələni qeyd etmək istəyirik: hörmətli "Yeni müsavat» rəhbərliyi! Siz E.Abdullayevin bütün açıqlamalarını yaymaqda nə qədər sərbəst olsanız da, o qədər məsələyə və onun ifadələrinə məsuliyyətlə yanaşmalısınız. Sizinlə 20 ildir demokratik düşərgədə birgə yol gələn «Təzadlar» qəzeti barədə E.Abdullayevin işlətdiyi təhqiramiz və aşağılayıcı ifadələrini olduğu kimi təqdim edərkən, ən azı məsuliyyəti unutmayın. O, hirsindən bu qəzetə «reket» deyir, siz də onu olduğu kimi verirsiniz. Axı, bu qondarma «qara siyahı»nı onun pulu və sifarişi ilə MŞ necə tərtib edib, ən azı E.Abdullayevdəki gizli videolar dil açıb danışmaq istəyir. Gülər xanım demiş, ağzımızı açdırmayın. Hər kəs ən azı vicdanı qarşısında hesabatlıdır ki, Azərbaycan mətbuatında ən yekə reket kimdir, kimin yazı başlıqları reket anonslarıdır. Və bir də qanunverniciliyin tələblərinə uyğun məsələni araşdırın, görün onun dedikləri nə dərəcədə doğrudur. Axı, siz də bilirsiniz ki, bu adam yalan danışır, şantajla məşğuldur, ara vurmaqda peşəkardır… Necə ki, biz araşdırıb Rusiya TN-nin E.Abdullayevin doktorluq işinin və kitablarının plagiat olması barədə rəyləri və rəsmi cavabları əldə edirik. Moskvaya 3 dəfə əməkdaşımızı ezam etmişik-təki həqiqət ortada olsun, jurnalist məsuliyyəti öndə olsun!
\ tezadlar.az \
Geri qayıt