Əsas Səhifə > Sosial, Manşet > KOMİTƏ RƏHBƏRLİYİNƏ QARŞI SƏRT İTTİHAMLAR

KOMİTƏ RƏHBƏRLİYİNƏ QARŞI SƏRT İTTİHAMLAR


8-03-2013, 11:21
KOMİTƏ RƏHBƏRLİYİNƏ QARŞI SƏRT İTTİHAMLAR
MƏSCİDDƏ GÖZLƏNİLƏN QARŞIDURMADA KİMLƏRİ MARAQLI TƏRƏF BİLİRLƏR?

DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin nəzdindəki İlahiyyat məscidində bu gündən etibarən şiə azanının verilməsi sünni camaatının etirazına səbəb olub və bu barədə yayılan məlumatlarda qeyd olunur ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin verdiyi bu qərar əslində təxribat mahiyyəti daşıyır.

DİA.AZ-a bu barədə məlumat verən Ceyhun Məmmədov adlı dindarın sözlərinə görə, DQİDK rəhbəri Elşad İsgəndərovun yaxın dostu Elçin Əsgərov bütün bunları düşünən əsas fiqurdur: «Burada sünni camaatını süni şəkildə qızışdırma niyyəti aydın şəkildə görünür. Məqsədləri nədir - bilmirik. Ölkəni süni şəkildə ictişaşa cəlb etmək istəyirlər».

Bildirək ki, Ceyhun Məmmədov DQİDK rəhbərliyini sünni cameənin nümayəndələrini sıxışdırmaqda da ittiham edib: «Sünniləri vəhabi adı altında işdən uzaqlaşdırırlar. Onların əvəzinə isə İranın Qum şəhərində təhsil almış şəxsləri vəzifəyə gətirirlər. Sünnilər indi sabiq komitə sədri Hidayət Orucovun atasına rəhmət oxuyurlar».

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt