Əsas Səhifə > Partiya > YAP RƏHBƏRLİYİ ZAQATALAYA GETDİ

YAP RƏHBƏRLİYİ ZAQATALAYA GETDİ


8-03-2013, 13:13
YAP RƏHBƏRLİYİ ZAQATALAYA GETDİ
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin deputatı Hikmət Atayevin dəfn mərasimində iştirak etmək üçün Zaqatalaya gedib. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Qeyd edək ki, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillə toqquşub.

Nəticədə H.Atayev hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü Şaban Qardaşov və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.

Atayev bu gün dəfn olunacaq.

Geri qayıt