Əsas Səhifə > Gündəm, Manşet > AYDIN ƏLİYEV MÜƏYYƏN MÜDDƏTƏ NƏFƏSLİK QAZANIB
AYDIN ƏLİYEV MÜƏYYƏN MÜDDƏTƏ NƏFƏSLİK QAZANIB9-03-2013, 08:50 |
BAŞ GÖMRÜKÇÜ BUNUN ÜÇÜN SƏRVƏTİNİN BÖYÜK HİSSƏSİNİ İTİRMƏLİ OLUB DİA.AZ: - Neçə müddətdir ki, gömrük orqanlarındakı acınacaqlı durumla bağlı oxucularımızı məlumatlandırmaqdayıq. Belə ki, xəbərlərimizin birində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin özünün hədəfə çevrilməsi faktını diqqətinizə çatdırmışdıq ki, bu məlumatda DGK rəhbərinin, həmçinin daha bir neçə gömrük məmurunun vəzifəsindən alınacağı barədə xəbər vermişdik. DİA.AZ-a bu istiqamətdən yeni faktlar daxil olub. Bilgili qaynağın redaksiyamıza ötürdüyü informasiyalardan belə aydın olur ki, Aydın Əliyev artıq «kəfəni yırtmağa» müvəffəq olub: «Amma onun iki müavini və daha bir neçə gömrük məmuru vəzifəsindən mütləq azad olunacaq, onlardan biri isə hələ də həbs təhlükəsi ilə üz-üzə qaldığından, məhbəsə getmə ehtimalı dat durur». Bu «sirli» dəyişikliyin nədəniylə bağlı danışan qaynaq iddia edir ki, Aydın Əliyev vəziyyəti dəyişə bilməsi üçün bu gün gömrüyü nəzarəti altında saxlayan qüvvələrə külli miqdarda ödənc ödəmək zorunda qalıb: «Əslində bu baş verənlərin adına DGK rəhbərinin «yağmalanması» da demək olar. Aydın Əliyevin illər ərzində yığdığı sərvətinin az qala böyük qismi əlindən alınıb. Bu kimi hallar əvvəllər də olub. Məsələn, Əli İnsanov da bu şəkildə müflis edilmişdi. Amma Əli İnsanovdan fərqli olaraq Aydın Əliyev görəvini və azadlığını qoruya bilib». Mənbəmiz onu da əlavə etdi ki, yeni dönəm üçün nəfəslik qazanan Aydın Əliyevi bundan sonra hansı aqibəti gözləməsi daha çox iqtidariçi münasibətlərdən asılıdır: «Yəni hələ də gömrük orqanlarını nəzarətində saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mövqeləri zəifləyərsə, o zaman Aydın Əliyev ilk qurbanlıqlardan olacaq». Geri qayıt |