Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOVUN ƏLİNDƏKİ RIÇAQLAR NƏZARƏTƏ ALINIR
ƏLİ HƏSƏNOVUN ƏLİNDƏKİ RIÇAQLAR NƏZARƏTƏ ALINIR9-03-2013, 10:09 |
İLGİNC: PA-NIN ŞÖBƏ MÜDİRİNİN MƏTBU İMPERİYASI ƏL DƏYİŞDİRİR DİA.AZ: - Hakimiyyət daxilində cərəyan edən son proseslərə münasibətdə susmaq zorunda qalan, buna qədərsə az qala bütün baş verənləri qiymətləndirməsindən qalmayan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun susqunluğunun əsl nədənləri hər kəsə məlumdur. Son açıqlamalarının birində «bir ay sonra mən harda olacam» şəklində ümidsizlik ifadəsi ilə diqqətə gələn Əli Həsənovun gözlənilən prezident seçkilərindən sonra yüzə yüz vəzifə başında olmayacağı artıq indidən məlumdur. Bununla bağlı DİA.AZ-a məlumat verən iqtidar içindəki bilgili qaynağın iddialarından belə aydın olur ki, Elşad Abdullayevin videobombardmanı ilə bir nömrəli hədfə kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əsas tərəfdaşı hesab olunan Əli Həsənov bu gün məhz Ramiz Mehdiyev adına böyük imtiyazlara malikdir. Xatırladaq ki, davamlı olaraq PA-nın şöbə müdirinin nəzarəti altında olan mətbu imperiyanın hüdudları ilə bağlı sizləri məlumatlandırmışıq. Hətta müxalifət mətbuatına qədər nüfuz edən bu imperiyanın dövlətə aid administrativ rıçaqlar hesabına çox ciddi dayaqlar əldə etməsi, bunun fonunda isə Əli Həsənovun və ona yandaşlıq edən müəyyən bir qrupun həm də böyük iqtisadi imkanlar əldə etməsi barədə də sizləri bilgiləndirmişik. Və bu gün «Kaspi» mətbu şəbəkəsi, yeni qəzet köşkləri, mətbəələr, televiziya və radio, mətbuata, teleməkana aid qurumlar, qəzetlər… bütün bunlar Əli Həsənovun mətbu qüdrətinin hüdudları daxilindədir. Amma bu hökmranlığın da sonu var. Bu barədə DİA.AZ-a verilən xəbərdə bildirilir ki, Əli Həsənovun nəzarəti altındat olan mətbu qüdrət əl dəyişdirəcək: «Artıq bu barədə qərar verilib. Və hakimiyyətin daha etibarlı və inamlı qüvvələri bu imperiyanı dağıtmadan, onun imkan və potensialını nəzarət altına alacaq». Mənbə iddia edir ki, artıq belə bir qərar verilib: «Bu qərarın icrası tədricən həyata keçiriləcək. Amma bunun Əli Həsənovun vəzifə başında qalıb-qalmaması ilə heç bir əlaqəsi yoxdur». Geri qayıt |