Əsas Səhifə > Güney Press, Araşdırma > GENERAL-MAYORDAN SƏRT AÇIQLAMA
GENERAL-MAYORDAN SƏRT AÇIQLAMA9-03-2013, 10:52 |
NAZİRLİK YAŞAR CƏFƏRLİNİ İTTİHAM ETDİ Müdafiə Nazirliyinin Tərbiyə İşləri İdarəsinin rəisi general- mayor Vaqif Məmmədov “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin müdafiə naziri Səfər Əbiyevin evinin qarşısında aksiya keçirmək istəyinə münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidməti general- mayor Vaqif Məmmədovun bununla bağlı açıqlamasını Modern.az saytına göndərib. Açıqlamada deyilir: “Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində və internet səhifələrində “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli öz ənənəsinə sadiq qalaraq xəstə təxəyyülü ilə etiraz aksiyası keçirmək eşqinə düşüb. Müəllifi olduğu şouya ordunun rəhbər vəzifəli şəxslərini də dəvət etməklə Yaşar Cəfərli bir daha öz çirkin niyyətini ortaya qoyub. Bəzi düşmən qüvvələrin məlum ssenarisi əsasında onun gündəmə gətirdiyi təxribat xarakterli bu addımı nəinki normal məntiqə sığmır, hətta istər dövlətçilik, istərsə də Ordu quruculuğu işinə qarşı yönəlmiş əsl dövləti xəyanətdir. Bu qüvvələrin əsl ünvanına yaxından bələd olanlar, son dövrlər Y.Cəfərlinin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin, əslində, onların bu yolla ölkədəki sabit vəziyyəti pozmağa, Müdafiə Nazirliyi sistemində öz şəxsi maraqlarını reallaşdırmağa və monopolik təsir dairəsini genişləndirməyə xidmət etdiyini yaxşı anlayırlar. Məqsəd aydındır: Y.Cəfərlidən bir vasitə kimi istifadə etməklə adı çəkilən güc strukturunun gündən-günə artan nüfuzunu kölgə altına almaq və bu yolla Müdafiə Nazirliyini milli maraqlarımızın təminatçısı rolundan yayındırıb ayrı-ayrı qüvvələrin şəxsi gəlir mənbəyinə çevirmək! Bu niyyətlə baş verən hər bir olayı qəsdən milli dəyərlərimizlə əlaqələndirməklə öz sözlərini Y.Cəfərlinin vasitəsi ilə ictimaiyyətə çatdıran bu qüvvələr həyata keçirdikləri çirkin kampaniyanın dövlətə və dövlətçiliyimizə qarşı atılmış bir addım olduğunu əvvəl-axır dərk eləməlidirlər”. Geri qayıt |