Əsas Səhifə > Siyasət, Manşet > BAKI-XXİ ƏSR» MMC-DƏ MALİYYƏ YOXLAMALARI
BAKI-XXİ ƏSR» MMC-DƏ MALİYYƏ YOXLAMALARI22-09-2011, 13:06 |
ZİYA MƏMMƏDOVUN QARDAŞININ MANDATI VƏ AZADLIĞI TƏHLÜKƏDƏ DİA.AZ: - Hələ bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili, «Bakı-XXİ əsr» MMC-nin prezidenti Elton Məmmədovla Ağdam rayonundan qaçqın düşmüş sahibkar Məmmədov Mehralı Hidayət oğlu arasında yaranmış qalmaqal barədə məlumat vermişdik. Bildirmişdik ki, nazirin deputat qardaşı Beynəlxalq Avtovağzalın tikintisi zamanı qaçqın iş adamına məxsus 2 hektarlıq ərazidə yerləşən və qimyməti 2 milyon manata yaxın olan obyekti qanunsuz olaraq ələ keçirib. «Dünya» İnformasiya Agentliyi (dia-az.life) redaksiyasına şikayət ərizəsi ilə müraciət edən sahibkar 2009-cu ilin 24 dekabr tarixində ona məxsus olan Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindəki Saray şossesi 77-ci məhəllədə yerləşən «Motodrom» («7 gözəl») kafesinin Ziya Məmmədovun qardaşı tərəfindən darmadağın edildiyini bildirib. Xatırladaq ki, bu məsələ ilə bağlı şikayətçi Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Faiq Bədəlova da məlumat verib. Lakin polis bölmə rəisi də Elton Məmmədova məxsus «Bakı-XXİ əsr» MMC tərəfindən zorla zəbt olunan obyektin əsl sahibinə qaytarılmasına heç bir dəstək verə bilməyib. Polis bölmə rəisinə yazdığı cavab məktubunda həmin əraziinin guya ki, Elton Məmmədova məxsus olan «Bakı-XXİ əsr» MMC-yə «Bakı Beynəlxalq Avtovağzal Kompleksi»nin tikintisi üçün ayrıldığını iddia edən millət vəkili əlində icra başçısının sərəncamının olduğunu da əsas gətirir. Halbuki rəsmi sənədlərdə həm torpağın və həm də obyektin sahibi kimi Məmmədov Mehralı Hidayət oğlu göstərilib. Onu da qeyd edək ki, Ziya Məmmədovun qardaşının yeganə işləkləri tək bu deyil və bir müddət əvvəl də bu barədə məlumat vermişdik. Bu barədə verdiyimiz xəbərdə qeyd olunurdu ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşının “krışalıq” etdiyi Keşlə Dəmiryol Stansiyasında başdan-başa özbaşınalıq sistemi hökm sürür. Xatırladaq ki, bu barədə məlumat vermişdik və bildirmişdik ki, 2010-cu ilin sentyabrın birindən etibarən Keşlə Dəmir Yol Stansiyasının "Yük Boşaltma Həyətində" işləyən 40-a yaxın avtokran sahibini rəhbərlik yük boşaltma işindən kənarlaşdıraraq həmin sahəni də digər sahələr kimi öz inhisarına alıb. Mənbə bildirir ki, 2010-cu ilin iyul ayından etibarən bu təşkilata rəhbər vəzifəsinə keçəndən sonra "yuxarıların etimadını" doğrultmaq üçün Təlabani Tahirov "təmizləmə" adı altında öz “müdrik" ideyalarını həyata keçirməyə başlayıb.”Yuxarıların”, yəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun bu yönümdə xeyir-duasını alan Təlabani Tahirov Keşlə Yük Boşaltma Həyətində "analoqu olmayan qara bazar" yaradıb: “Onun inkasatorlarını Keşlə Yük Boşaltma Həyətinin hər yerində görmək olar”. Mənbənin məlumatına görə, hətta Ziya Məmmədovun qardaşının adı ilə hər vaqondan 20 azn pul yığılır. Nəzərə alsaq ki, gün ərzində stansiyaya orta hesabla 120-150 vaqon daxil olur və bu minvalla da deputatın təkcə buradan əldə etdiyi məbləği müəyyən etmək olar. Mənbə bildirir ki, Keşlə Dəmir Yol Stansiyanın rəisi Təlabani Tahirov görəvə alınandan sonra bu idarədə vaqon boşaltma xərcləri də artıb: “Belə ki, əvvəllər 80 manata boşaldılan vaqon Təlabani müəllimin monopol qaydalarından sonra 110 manata boşaldılır. Hər bir vaqon sahibindən alınan 110 manatın cəmi 20 manatı istismar olunan kran sahibinə verilir. Qalan 90 manat isə mərkəzləşmiş qaydada qəbz olmadan inkasatorlar tərəfindən yığılır və rəhbərliyə ötürülür”. Mənbə bildiri kİ, Tələbani müəllim hətta qul kimi işlətdiyi fəhlələrdən də pul yığır: “Bu qədər alınan pulun müqabilində təkcə qapıda 1.2 azn yazılmış qəbz verilir. Bunun qarşılığında isə yerli maşınlardan 3 manat, İran maşınlarından isə 20 manatdan yığılır. Hər bir vaqon 2-3 maşına boşaldıldığı halda nə qədər pulun mənimsənilməsini hesablamaq çox da çətin olmaz”. Onu da bildirək ki, bütün bu işlərin arxasında məhz Elton Məmmədovun dayandığı bildirilir. Bəli, elə iki fakt yetərlidir ki, həm də deputat olan Elton Məmmədovun sahibkarlara hansı formada xeyir verdiyini müəyyən edə biləsən. Sözsüz ki, bütün bu işlərdən ölkənin baş nəqliyyatçısı xəbərdardır. Bunun əksi ola da bilməz. Bu barədə danışan mənbəmiz bildirir ki, əslində sözügedən struktur MƏMMƏDOVLAR DÖVLƏTİNİN əsas gəlir ünvanlarından biridir. Bu “dövlət” isə Azərbaycanı içindən yeyir. Redaksiyamıza daxil olan son məlumatlarda bildirilir ki, son dövrlər Ziya Məmmədovun mövqelərinin zəifləməsi Elton Məmmədovun biznesinə də ciddi təsir göstərə bilər: «Artıq Elton Məmmədovun rəhbəri olduğu «Bakı-XXİ əsr» MMC-də yoxlamalar başlayıb». Mənbə bildirir ki, Elton Məmmədov hal-hazırda deputat olduğundan onun toxunulmazlığı var: «Yəni əgər məsələ cinayət işinin açılmasını və həbsləri zəruri edərsə, Elton Məmmədovun deputat mandatının əlindən alınması da gündəmə gələ bilər». Məlumatlarda o da bildirilir ki, «Bakı-XXİ əsr» MMC-də yoxlamalar vergilər və maliyyə nazirliklərinin əməkdaşlarının birgə iştirakı ilə keçirilir: «Əgər vəziyyət bu hədədirsə, deməli, Ziya Məmmədovun da sonu yetişib. Hər halda, bu vaxta qədər nə onun, nə də qardaşının obyektləri hansısa təftişə uğramamışdı». Onu da xatırladaq ki, bu günlərdə Vergilər Nazirliyinin əməkdaşları paytaxtın sərnişindaşınma sistemində reydlər keçiriblər. Eləcə də Ziya Məmmədovun Ucar rayonundakı ən yaxın adamlarından birinə qarşı da cinayət işi açılıb. Bunları isə təsadüflərin quyruğuna bağlamaq doğru deyil. Geri qayıt |