Əsas Səhifə > Güney Press, Araşdırma > GORANBOYUN İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR
GORANBOYUN İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR11-03-2013, 08:37 |
BİR HƏBSİN İLGİNC TƏFƏRRÜATI Regionların abadlaşması ilə məşğul olan sahibkarlar Prezident İlham Əliyevin məlum çıxışından sonra ürəklənərək öz haqlarını tələb etməyə başladı. Bir çoxlarına məlumdur ki, Prezidentin bu çıxışına qədər rayondakı “padşahların” bir sözünü iki etmək mümkün deyil idi. Hətda bununla bağlı mətbuatda da kifayət qədər yazılar dərc olunub. Buna misal olaraq 16 sahibkarın pulunu verməkdən imtina edən lakin Prezident İlham Əliyevin müdaxiləsindən sonra sahibkarların pulunu verən İmişlinin İcra Başçısı Vilyam Hacıyevi göstərmək olar. Hətda pulunu Vilyam Hacıyevdən geri alan sahibkarlar Prezidentə təşəkkür məktubu da yazdılar. Onu da qeyd edək ki, Prezidentə təşəkkür məktubu yazan və ötən gün anasının vəfatı günü Goranboy rayon İcra hakimi Nizaməddin Quliyev tərəfindən həbs olunan Müqayis Verdiyev də var idi. Həmin təşəkkür məktubunu BURADAN oxuya bilərsiniz. Beləliklə Göranboy rayonun abadlaşması üçün tenderi İcra Başçısının oğluna məxsus «Fəqan-Xidmət» “udur”. Bu İcra Başçısının “Kapital bankın Mingəçevir filalında korrpusiyaya görə cinayət işi açılmış sonrada sehirli əllər tərəfindən örüt-basdır edilən oğluna məxsusdur. Bu haqda oxuculara yaxın günlərdə geniş məlumat verəcəyik. Goranboy rayonun abadlaşması üçün dövlət tərəfindən ayrılan dəyəri 1 milyon 300 min manat olan bu tenderi təbii ki, İcra Başçısının oğlu həyata keçirə bilməzdi. O ancaq pulu “xırd” etmək üçün nəzərdə tutulmuşdur. Və həmin layihəni həyata keçirmək üçün yerli sahibkarların köməkliyindən istifadə edən İcra Başçısının oğlu hazırda haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilən Müqayis Verdiyevlə müqavilə bağlayır. İşi görüb qurtardıqdan sonra Vilyam Hacıyev kimi pulu verməkdən imtina edən Nizaməddin Quliyev hiyləyə əl atır. Müavini Baxiş Abdullayev vasitəsi ilə fəhlələrə bir –bir zəng edərək İcra Hakimiyyətinin qarşısına toplayaraq pul verəcəklərini dedizdirir. Fəhlələr ora yığdıqda isə onlara Prokrorluğun qarşısına toplaşmağı məsləhət görürlər. Məlumat üçün qeyd edək ki, «Fəqan-Xidmət» şirkətinin Müqayis Verdiyevə 156 min manat borcu olub. Müqayis verdiyevin isə fəhlələrə 24 min manat. İcra Başçısı Nizaməddin Quliyev Prezident Administrasiyasına sahibkar Müqayis Verdiyevin rayonda ixtişaş törətmək niyyətinin olması barədə yalan məlumat vedikdən sonra rayon prokuroruna onun həbsi ilə bağlı göstəriş verir. Və sahibkar Müqayis Verdiyev 30 fəhlə ilə əmək müqaviləsi bağlamadığına görə onun haqqında 3 aylıq həbs qəti imkan tədibiri seçilir. Bunu eşidən fəhlələr Prezident İlham Əliyevə məktub ünvanlayırlar. Ünvanlanan məktubda göstərilir ki, bizim sahibkar Müqayis Verdiyevdən heş bir şikaytimiz yoxdur. Yazılan məktubla tanış olun: Bundan əlavə olaraq Rayon İcra Hakimiyyətindən mətbuta məlumat verirlər ki, biz sahibkar Müqayis Verdiyevin pulunu tam ödəmişik. Baxmayaraq ki, məhkəmə zamanı ödənilmiş pullar barədə hakimə heç bir sənəd göstərən tapılmadı. Və beləliklə İcra Başçısı Nizaməddin Quliyev həm Müqayis Verdiyevə veriləcək 100 min manatı mənimsəmiş, həmdə oğluna məxusu “Fəqan –Xidmət” şirkətinin 1 milyon 300 min manatlıq əməliyyatını ört basdır etmiş oldu Bundan sonra Sahibkarın ailəsi dərhal Prezident Admnistrasiyasına və Respublika Prokurorluğuna teleqram vururlar. Cavabsız qalan teleqramlar isə bir sahibkarın həbsi iıə nəticələndi. Yani məmurlarımız Prezident İlham Əliyevin sahibkarlarla bağlı çıxışının 1 ayının tamam olmasını belə gözləmədilər. Mövzu diqqətimizdədir../Tia.az Araşdırma Qrupu/ Geri qayıt |