Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "QUBA XANI" JURNALİSTİ TƏHDİD EDİR
"QUBA XANI" JURNALİSTİ TƏHDİD EDİR11-03-2013, 08:50 |
MÜBARİZ AĞAYEVZ KİMƏ GÜVƏNİR? Dünən günorta saatlarında Bolgexeber.com saytının redaksiyasının telefonuna gizli və açıq nömrələrdən zəng edilib. DİA.AZ bildirir ki, bu barədə sözügedən portal tərəfindən məlumat yayılıb. Məlumatda bildirilir ki, özünü təqdim etməyən və Qubanın icra başçısı Mübariz Ağayevin yaxın adamı kimi aparan şəxs bizim srağagünkü tarixdə yayımlanmış olan ““Qubanın icra başçısı cəddinə güvənirmiş”məqaləsinə kəskin reaksiya verərək saytın rəhbəri Vasif Turanı təhdid etmiş ,saytın əməkdaşlarını təhqir edərək hədə-qorxu gəlib. Portalın xəbərində deyilir: "Görünür Qubanın icra başçısı Mübariz Ağayev həqiqətən öz sələfinin yolunu tutub.İcra başçsısı tənqidə dözümsüzlük nümayiş etdirərək haqqında olan yazıya normal surətdə münasibət bildirmək əvəzinə dövlət məmuruna yaraşmayan ucuz yolu tutub və öz muzdlu adamları vasitəsilə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə hədə-qorxu gəlmək yolu ilə onları susdurmaq istəyir. Ola bilsin Mübariz Ağayev qanunlara yox, kimlərəsə arxayın olduğundan buna nail olmağı özünə asan bilir və prezidentin bu yaxınlarda etdiyi ,vətəndaşa yuxarıdan aşağı baxan məmurlara yönələn məlum tənqidi çıxışını artıq yaddan çıxarıb. Bogexeber.com saytı olaraq bildiririk ki, məsələ ilə bağlı MTN-ə, DİN-ə, Mətbuat Şurasına müraciət edəcəyik". Geri qayıt |