Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏHBUS BAŞ REDAKTOR AİLƏ ÜZVLƏRİNƏ QARŞI

MƏHBUS BAŞ REDAKTOR AİLƏ ÜZVLƏRİNƏ QARŞI


11-03-2013, 08:55
MƏHBUS BAŞ REDAKTOR AİLƏ ÜZVLƏRİNƏ QARŞI
NAZİM QULİYEVDƏN QARDAŞINA İDDİA

Həbsdə olan "İdeal" qəzetinin Baş redaktoru Nazim Quliyev yenidən ailə üzvlərinə, konkret olaraq qardaşı Bəhruz Quliyevə qarşı mülki qaydada iddia qaldırıb.

"Reytinq"in məlumatına görə, N.Quliyev məhkəmədən qardaşı və digər yaxını Afət Abdullayevaya qarşı pul tələbinin qəbul edilməsini xahiş edib: "Nazim Quliyev hesab edir ki, ailə üzvləri ona məxsus fərdi yaşayış evindən qanunsuz istifadə etdikləri üçün ona pul ödəməlidirlər. Onun bu iddiasına əvvəlcə Nərimanov Rayon Məhkəməsində baxılıb. Hazırda həbsdəki Baş redaktorun ailə üzvlərinə qarşı şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır".
Məlumatda bildirilir ki, N.Quliyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Xələfovun sədrliyi ilə martın 13-də baxılacaq.

Geri qayıt