Əsas Səhifə > Güney Press, Araşdırma > NOVRUZ BAYRAMI İLƏ BAĞLI ƏFV FƏRMANI VERİLƏCƏK

NOVRUZ BAYRAMI İLƏ BAĞLI ƏFV FƏRMANI VERİLƏCƏK


11-03-2013, 10:26
NOVRUZ BAYRAMI İLƏ BAĞLI ƏFV FƏRMANI VERİLƏCƏK
ARTIQ QƏRAR VERİLİB

Azərbaycanda Novruz bayramı ərəfəsində növbəti əfv fərmanın olacağı gözlənilir. Prezident yanında Əfv Komissiyasından Modern.az-a daxil olan eksklüziv məlumata görə, artıq komissiya üzvlərinin hazırladıqları siyahılar müzakirə olunub. Bir neçə gün ərzində yekun qərarın veriləcəyi bildirilib.

Məlumatda həmçinin qeyd edilib ki, martın 17-ə qədər növbəti əfv fərmanı verilə bilər.

Qeyd edək ki, sonuncu əfv fərmanı Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin dekabrında imzalanıb.

Geri qayıt