Əsas Səhifə > Sosial, Manşet > AYB ÜZVÜNDƏN PA-NIN ŞÖBƏ MÜDİRİNƏ ŞOK İTTİHAM

AYB ÜZVÜNDƏN PA-NIN ŞÖBƏ MÜDİRİNƏ ŞOK İTTİHAM


11-03-2013, 10:49
AYB ÜZVÜNDƏN PA-NIN ŞÖBƏ MÜDİRİNƏ ŞOK İTTİHAM
İDDİA: FATMA ABDULLAZADƏ XRİSTİAN MİSSONERLƏRİN HİMAYƏ EDİRMİŞ

DİA.AZ: - Bakı şəhəri, Nərimanov r,Ağa Neymətulla küçəsi 20 "b" mənzil 30 ünvanında yaşayan Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) adlı şəxsdən redaksiyamıza məktub daxil olub. DİA.AZ bildirir ki, bu məktubda Prezident Administrasiyasının Humanitar şöbəsinin müdiri Fatma Abdullazadə haqda şok faktlar yer alır.

Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “Çox hörmətli Redaksiya. Diqqətinizə çatdırıram ki mən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüyəm. “Qızıl qələm” , “Araz” ali ədəbi və “Zərdabi” adına yaradıcılıq mükafatları laeuratıyam. 42 kitabın müəllifiyəm. Bu kitablara 17 mindən yuxarı təmsil, 5000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 2000-dən artıq qəzəl, 500-dən artıq bayatı, 10 alleqorik pyes, 8 tarixi dram 9 poema və 1 povest daxil edilmişdir. Əsərlərim ingilis, alman, rus, ispan, kürd və sair dillərə tərcümə edilərək bütün dünyaya yayılmışdır. Dram əsərlərim respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş və ssenarilərim üzrə çəkilmiş filmlər Azərbaycan televiziyalarında dəfələrlə nümayiş etdirilmişdir. Dünyanın ən məhsuldar şairiyəm.

Beş ildir ki (30 yanvar 2008-ci il) mənə fəxri ad, orden və medal verilməsi barədə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Mədəniyyət və Turizm nazirliyinə məktub göndərilmişdir. Mən beş ildir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Ə.Qarayev və Prezident Administrasiyasının Humanitar şöbəsinin rəisi Fatma Abdullazadə tərəfindən təqib olunuram. Onlara etdiyim çoxsaylı (200-dən artıq) müraciətlərimə heç bir müsbət cavab almamışam. Bu o deməkdir ki, ölkədə müraciətlərə baxılmır. Onu da qeyd edim ki mən uzun illərin Ağır şəkərli diabet xəstəsiyəm. İki ayaqlarımdan və gözlərimdən zəlil olmaqla II qrup əliləm. Mütamadi həkim nəzarətində olmaqla Akademik Zərifə Əliyeva adına göz xəstəlikləri institutunda və Bakı şəhər şəkərli diabet dispanserində uçotdayam. İynə dava-dərmanlar isə həddindən artıq baha olduğu üçün ala bilmirəm. Dövlətimiz tərəfindən isə mənə heç bir yardım edilmir. Xəstəliklərim isə gündən-günə şiddətlənir. Artıq xəstəliklərimin mənə verdiyi əzablara dözə bilmirəm. Mən bu əzablardan can qurtarmaq üçün Serqey Yesenin və Vladimir Mayakovski kimi intihar etmək istəyirəm. Görkəmli Azərbaycan şairi Cabir Novruz demişkən “Sağlığında qiymət verin insanlara”. Mənə veriləsi fəxri ad, Prezident təqaüdü və s sağlığımda lazımdır ki, bu güzəştlərdən istifadə edim. Mən öldükdən sonra hər hansı bir bütləşmənin əleyhinəyəm.

Hörmətli Redaksiya. Bir məsələni də Sizin diqqətinizə çatdırıram ki, mən Bakı şəhər Prokurorluğunda “Müraciətlərə baxılması” şöbəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dini işlər idarəsinin rəisi Rafiq Əliyev tərəfindən Bakı şəhərində vəhşi göbələk kimi əmələ gəlmiş və icazəsiz fəaliyyət göstərən Xristianlığın təbliği ilə məşğul olan bir neçə cəmiyyətin yaranması barədə məlumat daxil olmuşdu. Həmin şikayətlə məşğul olmaq Bakı şəhər Prokuroru tərəfindən mənə tapşırılmışdı. Araşdırma zamanı müəyyən edildi ki, həmin cəmiyyətlərdən birinə Prezident Administrasiyasının Humanitar şöbəsinin rəisi Fatma Abdullazadənin qardaşı Eldar (Eduart) Abdullayev (hal hazırda həmin şəxs hansısa Avropa dövlətlərindən birində yaşayır və islam dininə qarşı çox mürtəce mövqey tutub) rəhbərklik edir. Həmin dini cəmiyyət qanunsuz fəaliyyət göstərdiyi üçün mən Eldar (Eduart) Abdullayevi iş kabinetimə dəvət etdim, izahatını aldım ona XƏBƏRDARLIQ verdim və qanunsuz fəaliyyət göstərən dini cəmiyyəti ləğv etdim. Bu məsələdən bir neçə gün sonra F.Abdullazadə mənə zəng edib nə üçün həmin cəmiyyətin bağlanması səbəbini öyrəndi və bildirdi ki “ indi azad, müstəqil ölkəyik kim nə istəsə onu da edə bilər müsəlman dönüb xristian, xristian dönüb müsəlman ola bilər, burada nə qəbahət var?”

Mən F.Abdullazadəyə bildirdim ki, düzdür xristian dinini dəyişib müsəlman, müsəlman da dinini dəyişib xristian ola bilər. Lakin E.Abdullayev tək özü dinindən dönüb xristian olmayıb. O, qanunsuz xristianlığın təbliği ilə məşğul olub icazəsiz dini cəmiyyət yaradıb, və yüzlərlə şəxsi ora cəlb edib İslam dininə qarşı Xaç yürüşü apardığı üçün həmin cəmiyyət mənim tərəfimdən bağlanmışdır. Ona görədə mən F.Abdullazadənin qəzəbinə rast gəlib, şiddətli təqib olunuram.

Mən çox təəssüf edirəm ki, F.Abdullazadə kimi bir şəxs Prezident Administrasiyasında belə bir mühüm vəzifədə çalışır. Mən özüm Qarabağın Füzuli bölgəsindən olmaqla şəhid və məcburi köçkün ailəsiyəm. Çoxsaylı təmsillərimdə, dram əsərlərimdə və “Metroda Terror” povestimdə Ermənilərə, onların yürütdüyü məkrli siyasətə, əsassız torpaq iddialarına qarşı tutarlı cavablar vermişəm. Bunun hamısını mənim oxucularım daha yaxşı bilirlər.

Onu da qeyd edim ki, bu gün Ermənilərin dərmanlarına su tökən Əkrəm Əylisli kimi yazıçılara Fəxri adların və başqa titulların alınmasında F.Abdullazadənin az xidməti olmamışdır. Bu gündə biz bunun ağrı və acısını çəkirik və son olaraq bildirirəm ki bir yerdə şorla yağın qiyməti düzgün verilmirsə, dostla düşmənə fərq qoyulmursa onda vay bizim halımıza.”

Geri qayıt