Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİNİN BƏYANATI REZONANS DOĞURUB

ƏLİ KƏRİMLİNİN BƏYANATI REZONANS DOĞURUB


11-03-2013, 11:31
ƏLİ KƏRİMLİNİN BƏYANATI REZONANS DOĞURUB
"XARİCƏ BEL BAĞLANMAMALIDIR"

AXCP sədri Əli Kərimli İctimai Palatanın sessiyasında demokratik qüvvələri beynəlxalq təşkilatların yardımına ümid etmədən mübarizə aparmağa səsləyib. Ə.Kərimlinin sözlərinə görə, beynəlxalq təşkilatların köməyinə ümid bəsləmək əbəsdir və hər şeyin taleyini Azərbaycan xalqı, demokratik qüvvələr həll etməlidir. Bununla bağlı Moderator.az saytına açıqlama verən politoloq Zərdüşt Əlizadə Ə.Kərimlinin məlum yanaşma tərzinin məntiqli olduğunu bildirdi: “Bu, tamamilə haqlı yanaşmadır. Heç bir xalq öz müqəddəratını xaricin köməyinə bağlamamalıdır. Özü öz aqibəti haqqında düşünməli, özü-öz problemini həll etməlidir”.
Konfiliktoloq Elxan Mehdiyev də AXCP sədrinin fikri ilə razılaşdığını bildirdi: “Bu, tamamilə haqlı bir mövqedir. Azərbaycan xalqı lazımi demokratik dəyişiklikləri özü-öz qüvvəsi hesabına həyata keçirməlidir. Kimlərinsə kənardan gəlib burda bizim üçün demokratiya quracağını düşünmək sadəlövhlükdür”.

Geri qayıt