Əsas Səhifə > Güney Press, Araşdırma > KƏMALƏDDİN HEYDƏROVA QARŞI DAHA BİR HESABAT
KƏMALƏDDİN HEYDƏROVA QARŞI DAHA BİR HESABAT12-03-2013, 08:33 |
“KÜR” ZAQATALA ZƏLZƏLƏSİNİ ARAŞDIRIB DİA.AZ: - “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2012- ci ilin yazında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və mövcud vəziyyətlə bağlı bölgədə apardığı montorinqin və araşdırmaların yekunu olaraq hazırladığı Hesabatın təqdimat mərasimini keçirəcək. DİA.AZ-a qurumdan daxil olan məlumatda deyilir ki, təqdimat mərasimi 14 martda baş tutacaq. Hazırlanmış hesabat “Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər; mövcud problemlər, qarşıda duran vəzifələr” mövzusunda növbəti Araşdırma Hesabat adlanır. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanan hesabatda 2012- ci ilin yazında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, tikilən evlər, onların sayı və çəkilən xərclər, eləcə də bu istiqamətdə ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları, şikayətlərin idarə olunması, regiondakı vəziyyət və s. məsələlər araşdırılıb. Hesabatın hazırlanmasında zəlzələ bölgəsində aparılmış monitorinqin nəticələrindən, təsirə məruz qalmış yerli sakinlərin və bölgədə inşaat işlərinin həyata keçirilməsinə cəlb edilmiş podratçı təşkilatların əməkdaşlarının tədqim etdiyi bilgilərdən və müsahibələrdən, Fövqəladə Hallar Nazirliyinin “Kür” Cəmiyyətinin İnformasiya sorğusuna verdiyi cavablardan, eləcə də sözü gedən nazirliyin rəsmi internet resurslarında olan məlumatlardan, Nazirlər Kabinetinin müvafiq sərəncamından və s. istifadə edilib. Təqdimat mərasimində ölkədə fəaliyyət göstərən QHT və media nümayəndələri ilə yanaşı zəlzələ bölgəsində təsirə məruz qalmış şəxslər də iştirak edəcək. Hesabat dövlət qurumlarına göndərilməklə yanaşı ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara və Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə də təqdim olunacaq. Xatırladaq ki, 2012- ci ilin yazında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 320 milyon manat vəsait ayrılıb. Vəsaitlərin xərclənməsi və bölgədə infrastrukturun bərpa olunması səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Geri qayıt |