Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AVROPADA SOYDAŞLARIMIZI GİZLİ MÜZAKİRƏ APARIR

AVROPADA SOYDAŞLARIMIZI GİZLİ MÜZAKİRƏ APARIR


12-03-2013, 08:45
AVROPADA SOYDAŞLARIMIZI GİZLİ MÜZAKİRƏ APARIR
DAH-IN TOPLANTISI KEÇİRİLİB

DİA.AZ: - Belçikanın Antverpen şəhərində Demokratik Azərbaycan Hərəkatının əlaqələndirmə şurasının Pribaltika və Belçika nümayəndələrinin toplantısı keçirilib. Bu barədə DİA.AZ-a qurumdan məlumat verilib.

Redaksiyamıza daxil olan xəbərdə deyilir ki, toplantıda iştirak edən DAH Pribaltika əlaqələndirmə şurasının üzvləri Vüqar Rəşidov, Abdulla Berezin, DAH Belçika əlaqələndirmə şurasının üzvləri Mirzə Sakit, Elvir Əliyev, Elnur Mirzoyev, Cahandar Zahidli, Elşən Aydınoğlu, eləcə də toplantıya ümumi maraq göstərib DAH üzvlüyünə yenicə qəbul olmaq istəyən daha 5 nəfər DAH-ın cari məsələlərinə dair müzakirələrə başlayıblar.

Xəbərdə deyilir: “Müzakirələr 1 saat ərzində davam etdi. Əsasən qarşıda qoyulan məsələlərə aydınlıq gətirən Mirzə Sakit son günlər Azərbaycanda baş verən proseslərdə birbaşa hakimiyyəti günahlandırdı. Xalqımızın başına gətirilən oyunları pisləyərək gənclərin son əsgər ölümlərinə reaksiyası olan son aksiyalarına hüquqi qiymət verilməsini tələb etdi.

DAH-ın digər üzvü Vüqar Rəşidov isə son günlər hakimiyyətin DAH-a olan maraqlarına toxunaraq keçirilmiş gizli müşavirələr barədə danışdı, həmçinin yaradılmış www.dah24.eu saytı barədə iştirakçılara məlumat verdi. Bundan sonra toplantı üzvləri Hollandiyada nəzərdə tutulacaq yığıncaqda iştirak etmək qərarına gəldilər”.

Geri qayıt