Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVLƏ BAĞLI İLGİNC XƏBƏRLƏR YAYILDI

RAMİZ MEHDİYEVLƏ BAĞLI İLGİNC XƏBƏRLƏR YAYILDI


12-03-2013, 09:16
RAMİZ MEHDİYEVLƏ BAĞLI İLGİNC XƏBƏRLƏR YAYILDI
PA ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEM VAR: «PA-DA KABİNETİNDƏ YIXILIB»

DİA.AZ: - Son zamanlar gedişi barədə xəbərlər yayılan və keçmiş ABU rektoru Elşad Abdullayevin açıqladığı videofaktlarda bir nömrəli hədəf kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yaranması barədə xəbərlər yayılıb.

Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan verilən xəbərdə bildirilir ki, davamlı şəkildə artıq işə çıxmaqdan qalan Ramiz Mehdiyev ağır müalicə kursu keçir: «Hətta onun bir neçə dəfə öz kabinetində yeriyərkən səndələyib, yıxıldığı da iqtidara aid dəhlizlərdə pıçhapıçla danışılır».

Mənbəmiz PA şefinin bu ilin aprel ayının 17-də 75 yaşının tamam olacağını bildirməklə yanaşı, onu da əlavə etdi ki, elə Ramiz Mehdiyevin gedişi də yubileyi ilə üst-üstə düşə bilər.

Qeyd edək ki, Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra "Xəzər neftdonanma"nın idarəsinin gəmilərində maşinist işləmişdir.
1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olur. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləmişdir.
1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakultəsinin aspiranturasına daxil olur. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edir.
1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur.
1976-cı ildə Azər.KPMK –nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.
1978-ci ildə 26 Bakı komisarı RK-nə birinci katib seçilir.
1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilir.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir.
1993-cü ildən fəlsəfə elmləri doktorudur.
1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilir. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir.
Həqiqi Dövlət müşaviridir.
2001-ci ildə Nyu-York EA-nın üzvü seçilmişdir
100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı).
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilmişdir.
2008-ci ildə mart ayında "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxıb.

Geri qayıt