Əsas Səhifə > Sosial, Manşet > «PRİTON»LARA QARŞI ƏMƏLİYYATDA AYRISEÇKİLİK
«PRİTON»LARA QARŞI ƏMƏLİYYATDA AYRISEÇKİLİK12-03-2013, 09:42 |
HACI MAZANIN «VİLƏŞ» OTELİNƏ SARI KİMSƏ GÖZÜNÜN UCU İLƏ DƏ BAXMIR DİA.AZ: - Bir neçə gün əvvəl Masallının İstisu kəndinin ərazisindəki "Gölüstü" istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkarlanması haqda məlumatlar yayıldı. DİN-in rəsmi saytında yerləşdirilən xəbərdə deyilirdi ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu kəndinin ərazisindəki "Gölüstü" istirahət mərkəzinin icarədarı Yardımlı rayon sakini Əcəmi Canəliyevin mərkəzdə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Onu da bildirək ki, Azərbaycanın səfalı yerlərindən biri kimi tanınan Masallıda son illərdə xeyli sayda istirahət mərkəzləri yaranıb ki, onların da böyük əksəriyyətinin fəaliyyətində şübhəli məqamlar yetərincədir. Bu barədə yerli KİV-də yayılan xəbərlərdən belə aydın olur ki, əslində hər birinin arxasında konkret bir məmurun dayandığı həmin istirahət mərkəzlərinin təyinatı üzərə fəaliyyyət göstərməməsi onların yerli rəhbərliklə əldə etdikləri anlaşmanın nəticəsidir. Yəni bu gün «priton» kimi fəaliyyət göstərən «istirahət mərkəzləri» bu fəaliyyətlərinin bədəli olaraq hər ay haqq ödəyirlər. Onu da xatırladaq ki, belə bir adda «istirahət mərkəzlərindən» birinin arxasında da Şeyxin qudası Hacı Mazanın dayanması barədə hələ xeyli əvvəldən məlumat yayılmışdı. Azərbaycanda bir çox qaranlıq biznes fəaliyyəti ilə bağlı adı hallandırılan Hacı Mazan həmçinin onlarla obyektə də sahibdir ki, onların da əksəriyyəti ilşə bağlı yetərincə şübhəli məqamlar var. Və DİA.AZ-a ötürülən məlumatda da məhz həmin məqamlardan birinə aydınlıq gətirilir. Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, Masallı rayonu ərazisində Hacı Mazana aid onlarla restoran, mağaza, otel və müxtəlif iaşə obyektləri fəaliyyət göstərməkdədir. Amma onların arasında biri var ki, həmin obyekt əslində heç də adına uyğun şəkildə istismar olunmur. Söhbət Masallının Qəriblər kəndi ərazisində yerləşən «Viləş» Hoteldən gedir. Mənbəmiz bildirir ki, əslində paytaxtdakı bir çox məmurlar üçün «xəlvət» funksiyasını həyata keçirən «Viləş» Hotelin bu günə kimi toxunulmaz qalmasının və dövlətin müvafiq qurumlarının hər hansı tədbirinin hədəfinə çevrilməməsinin əsl nədəni məhz həmin otelin arxasında Hacı Mazanın dayanması və bu otelin xidmətlərindən daha çox məmurların istifadə etməsi faktları dayanmaqdadır. Məlumatlara görə, «gərgin iş yorğunluğundan» sonra bəzi məmurlar həmin oteldə müxtəlif ölkələrdən gətirilmiş qadınları sifariş edərək, onlarla əylənirlər ki, bunun da müqabilində çox böyük məbləğdə pullarını verirlər. Həmin oteldə təsadüfi adamlara isə çox nadir hallarda rast gəlmək mümkündür. Qeyd edək ki, bu obyektin fəaliyyətilə bağlı bu günə kimi mətbuatda dəfələrlə yazılsa da, Hacı Mazanın adı ilə həmin KİV-lər susdurulub. DİA.AZ-a rayondakı qaynaqlardan verilən xəbərdə isə bildirilir ki, son zamanlar hüquq-mühafizə orqanları tərəfindən Masallı rayonu ərazisindəki istirahət mərkəzlərində reydlər keçirilsə də («Gölüstü»dəki əməliyyat da bu qəbildəndir -red.) nədənsə «Viləş» Hotelinə sarı kimsə cəsarət edib üz çevirə bilmir. Məlumatı verən qaynaq iddia edir ki, hətta istirahət mərkəzlərinə qabaqcadan öyrədilmiş adamları göndərdikdən sonra da süni əməliyyatlar təşkil olunsa belə, «Viləş» Hotel hətta «təbii əməliyyatlardan» da sığortalanıb. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |