Əsas Səhifə > Dünya > ADAMLAR İŞĞALIN DAVAMINA SƏS VERİBLƏR
ADAMLAR İŞĞALIN DAVAMINA SƏS VERİBLƏR12-03-2013, 09:56 |
CƏMİ 3 NƏFƏR MÜSTƏQİLLİK İSTƏYİB İşğal olunmuş Argentina torpağında – Malvin adalarında martın 10-11-də keçirilən referendumun nəticələri açıqlanıb. İngilislərin Folklend adlandırdığı adaların sakinləri Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər. “Media forum” saytının məlumatına görə, 1672 seçicidən 1517-nin iştirak etdiyi seçkidə cəmi 3 nəfər Böyük Britaniyanın tərkibində qalmağın əleyhinə çıxıb. Referendumun nəticələri adalarda böyük sevinclə qarşılanıb. Argentina hökuməti isə referendumun legitim olmadığını bəyan edib. Atlantik okeanında yerləşən adaları Böyük Britaniya 1833-cü ildə işğal edib. 1982-ci ildə Argentina və Böyük Britaniya adalara görə 74 günlük müharibə edib. 649 argentinalı, 255 britaniyalının həlak olduğu müharibədə ingilislər qalib gəlib. Geri qayıt |