Əsas Səhifə > Sosial, Manşet > MÜXALİFƏT LİDERLƏRİNİ KİMLƏR ÜZ-ÜZƏ QOYUR?
MÜXALİFƏT LİDERLƏRİNİ KİMLƏR ÜZ-ÜZƏ QOYUR?12-03-2013, 12:45 |
BU İŞDƏ HAKİMİYYƏTİN MARAQLI TƏRƏF OLDUĞU, PUL AYIRDIĞI SÖYLƏNİLİR DİA.AZ: - «Son günlər Xalq Cəbhəsi və Müsavat partiyalarının funksionerləri arasındakı fikir ayrılıqları süni şəkildə qabardılır ki, burada da məqsəd var». Bu açıqlamanı DİA.AZ-a müxalifətdəki məlumatlı şəxs deyib. Adının çəkilməsini istəməyən müxalifət siması bildirib ki, hakimiyyət tərəfindən öyrədilmiş adamlar bu gün AXCP ilə Müsavatın bir-birilərinə vaxt ayırmasına maraq göstərirlər, bu da təsadüf hesab oluna bilməz. Müxalifətçinin söylədikləri: «Artıq bu barədə həm AXCP və həm də Müsavat rəhbərliyinin məlumatı var. Amma maraqlı orasıdır ki, hər iki partiyanın rəhbərliyi eyni cür düşünmədiyindən, hakimiyyət müxalifəti istədiyi məcraya yönəldir, istədiyi müstəvidə oynadır». Həmsöhbətimiz bu söylədiklərini sübuta yetirən faktların da olduğunu bildirdi: «Davamlı şəkildə təlimat alırlar. Və ertəsi gün mətbuatda baxırsan ki, Əli Kərimlinin İsa Qəmbərdən, ya da İsa Qəmbərin Əli Kərimlidən üstün olması barədə hansısa partiyanın funksionerinin açıqlaması yerləşdirilir. Artıq buna dəfələrlə şahid olmuşuq ki, bu da açıq kampaniyanın getməsini sübut edir». Geri qayıt |