Əsas Səhifə > Güney Press, Araşdırma > AĞDAM TƏHSİLİNDƏ ALVERXANA AÇILIB
AĞDAM TƏHSİLİNDƏ ALVERXANA AÇILIB13-03-2013, 13:27 |
Ölkə mediasında Ağdam rayon Təhsil Şöbəsinin fəaliyyətində baş verən bir sıra qanunsuzluqlar, korrupsiya və rüşvətxorluqlarla bağlı müxtəlif fikirlər səslənir və bu gün də həmin fikirlər səslənməkdə davam edir. Bu cür fikirlərin mətbuatda səslənməsinə baxmayaq, Ağdam rayon təhsili hələ də öz tənəzzül dövrünü yaşayır. Ağdamın tərəqqipərvər ziyalılarından əldə olunan səhih məlumata görə, Maliyyə Nazirliyinin təftiş kommsiyyası Ağdam təhsilində maliyyə yoxlamaları apararkən məlum olmub ki, Elmira Şükürovanın rəhbərlik etdiyi RTŞ-də 496 000 (dörd yüz doxsan altı min) manatdan yuxarı məbləğdə çatışmazlıq, artıq ödəmə və təyinatından yayındırma hallarına yol verildiyi aşkarlanıb. Məlumatlara görə, E.Şükürovanın külli-miqdarda mənimsəmələrinə yol açmış konkret maxinasiyaları ifşa edən faktlarda tapılıb. Bu barədə "AzeriNews.org"a rayondakı mənbələrin verdiyi məlumatlara görə, 1993-cü ildən 2010-cu ilə qədər Bərdə rayonu Ərəblər kəndində fəaliyyət göstərmiş 19 saylı orta məktəbin, 2010-cu ilə qədər Şəki rayonu Qızılarx kəndində fəaliyyət göstərmiş 28 saylı orta məktəbin və Bakıda fəaliyyət göstərən 34 saylı orta məktəbin qəribə “yerdəyişmələrindən” söz açılır. Bildirilir ki, Ağdam RTŞ-nin tabeliyində guya ki, fəaliyyət göstərən, əslində isə 3-5 şagirdin təhsil aldığı, bəzi hallarda isə ümumiyyətlə mövcud olmayan məktəblərin siyahısı kifayət qədər böyükdür. Məcburi köçkün ailələrindən olan uşaqların təhsil aldığı 46 saylı orta məktəb 2009-cu ilə qədər Ağcabədi rayonu Pərioğlular kənd orta məktəbinin binasında fəaliyyət göstərib. 2009-cu ilin sentyabr ayından isə həmin məktəb öz fəaliyyətinə direktor Şümşad Hümbətovun evində davam etdirib. Nərgiz Zeynalovanın direktoru olduğu 89 saylı orta məktəb isə 1993-2010-cu illərdə Bakının Badamdar qəsəbəsində yerləşən “uşaq yaradıcılıq mərkəzi”nin binasında fəaliyyət göstərib. 2010-cu tədris ilini isə qəfil olaraq Hökməli kəndində qarşılayıb. Bu arada isə köçkün ailələrinin bu məkana miqrasiyasi da müşahidə olunmayıb. Daha sonra daxil olan məlumatlarda Ağdam RTŞ-nin tabeliyində adı gedən, faktiki olaraq isə mövcud olmayan məktəblərin siyahısı təqdim olunur. Bunlardan Çimnaz xanımın direktoru olduğu 1 saylı, Allahverdi müəllimin rəhbərlik etdiyi 93 saylı, Zülfü müəllimin direktor olduğu 117 saylı, Əvəz Vəliyevin rəhbərlik etdiyi 138 saylı, Nizami Məmmədovun rəhbərlik etdiyi 145 saylı, Zoya xanımın rəhbərlik etdiyi 4 saylı və bu qayda ilə təqdim olunmuş daha on səkkiz orta təhsil müəssisəsini göstərmək olar. Əlbəttə, rəsmi sənədlərdə adları gedən bu məktəblər üçün ayrılan vəsaitlər Ağdam RTŞ-nin müdiri Elmira Şükürovanın əsas gəlir mənbəyidir. Amma başa düşmək olmur ki, həmin vəsaitlərə həqiqətən ehtiyacı olan Ağdamın təhsil sistemi və ən başlıcası da hələ də məcburi köçkün həyatı yaşamağa məcbur olan Ağdamlı şagirdlər bu məktəb xəyalətlərindən nə xeyir görürlər? Əslində Ağdamın təhsil sahəsinə rəhbərlik edən Elmira Şükürovanın rüşvətxorluq və korrupsiya əməllərinə bağlılığı xəbərlər heç də yeni deyil. Bu xanımın müxtəlif vaxtlarda daha yüksək vəzifələrə, o cümlədən Ağdam RİH naşçısı postuna sahib ola bilmək üçün müxtəlif vəzifəli şəxslərə yüz min manatlarla ölçülən məbləğdə rüşvət təklif etməsi faktı da bu gün heç kəs üçün sirr deyil. Lakin bütün bunlar Ağdam ictimaiyyətini narahat edən ikinci dərəcəli məsələlərdir. Əsil narahatlıq isə E.Şükürovanın tutduğu vəzifədə qaldığı hər yeni günün Ağdamın təhsil sisteminə daha bir sarsıdıcı zərbə olması anlamından doğur. Geri qayıt |