Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİ «BP-AZERBAİJAN»A «TORBA TİKİR»?
ARDNŞ ŞEFİ «BP-AZERBAİJAN»A «TORBA TİKİR»?13-03-2013, 14:49 |
NEFT ŞİRKƏTİNİN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İDDİALAR: KORRUPSİYA VAR DİA.AZ: - «Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin işçilərinə qarşı korrupsiya ittihamı var». Bu şok məlumatı DİA.AZ-a «bp-Azerbaijan»da çalışan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, ARDNŞ-in rəhbərliyinin birbaşa nəzarəti altında baş verən yeyinti faktları ilə bağlı artıq yuxarı orqanlar bilgiləndirilb: «Amma neçə müddət keçsə də, hələlik bir nəticə yoxdur». Mənbə bildirir ki, BP şirkəti ilə ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi arasında “Texniki Xidmətlər haqqında Çərçivə Müqaviləsi” sənədi imzalanıb ki, bununla də “BP” şirkətinin operator olduğu kəşfiyyat və qiymətləndirmə layihələrinə texniki xidmətlərin göstərilməsində ARDNŞ-in imkanlarından istifadə olunması nəzərdə tutulurdu. Məlumata görə, artıq bir neçə ay ərzində iki şirkət arasındakı əməkdaşlağın maddiyyat qismində böyük miqdarda yeyinti faktlarına yol verilib. Mənbənin söylədikləri: «Biz hələlik bu məsələnin detallarının mətbuatda işıqlandırılmasının tərəfdarı deyilik. Amma söhbət milyonların mənimsənilməsindən gedir. Ola bilsin ki, burada konkret maraq var və bu korrupsiya faktını sonradan «bp»yə qarşı istifadə etsinlər. Ona görə də artıq «bp-Azerbaijan» şirkəti rəsmi Bakını baş verənlərlə bağlı məlumatlandırıb». Geri qayıt |