Əsas Səhifə > Şou-biznes > MƏTANƏT İSGƏNDƏRLİ ƏRİNDƏN GİLEYLƏNDİ

MƏTANƏT İSGƏNDƏRLİ ƏRİNDƏN GİLEYLƏNDİ


14-03-2013, 09:10
MƏTANƏT İSGƏNDƏRLİ ƏRİNDƏN GİLEYLƏNDİ
BU KADRLAR ƏBƏDİLƏŞDİ

Milli.Az-ın fotokamerası təşkil olunan məclislərin birində çox maraqlı səhnəni görüntüləməyə müvəffəq olub. Teleaparıcılar Nanə Ağamalıyeva ilə Afaq Gəncəli səbəbkarın ünvanına xoş sözlər söylədiyi zaman məkana əməkdar artist Mətanət İsgəndərli təşrif buyurdu. Və masada əyləşməyi ikinci plana keçirib bir başa Nanə tərəfə addımladı.

Aparıcıların işinə mane olduğunun fərqinə belə varmayan müğənni durmadan nəyisə Ağamalıyevaya başa salırdı. Söhbətin şəxsi müstəvidə getdiyi açıq-aşkar görünürdü. Can dərdi İsgəndərlinin halına acıdığını biruzə verən Nanə çox keçmədi ki, orta yaşlı xanım pərəstişkarının öpüşlərinə qərq oldu.

Adı Əzizə olan bu xanım əlinə düşən fürsətdən istifadə edib pərəstiş etdiyi aparıcını mobil telefonu ilə görüntüləməyə çalışırdı.

Nələrin baş verdiyini aydınlaşdırmaq üçün Nanənin danışmasını istədik: “Mətanət İsgəndərli mənimlə ötən illərdə baş verən çəkilişi müzakirə edirdi. O, durmadan məni qınadı.
MƏTANƏT İSGƏNDƏRLİ ƏRİNDƏN GİLEYLƏNDİ

Söylədi ki, bir vaxtlar aparıcısı olduğum “Ulduz oldun” verilişində qonaq olanda həyat yoldaşından danışması, etdiyi etirafları başına bəla olub. Vallah, özüm də başa düşmədim nə üçün öz danışdıqlarını mənimlə əlaqələndirdi? Məgər mən onu məcbur danışdırmışdım?

Özü etiraflar etmişdi, əgər indi peşmandırsa, qoy səbəbi yalnız özündə axtarsın. Nə yaxşı xanım pərəstişkarım mənə yaxınlaşdı və söz-söhbəti böyütmədən Mətanət İsgəndərlidən uzaqlaşdım”.

Geri qayıt