Əsas Səhifə > Sosial, Manşet > «FACEBOOK»LA RAMİZ MEHDİYEVƏ QARŞI AKSİYA

«FACEBOOK»LA RAMİZ MEHDİYEVƏ QARŞI AKSİYA


14-03-2013, 09:31
«FACEBOOK»LA  RAMİZ MEHDİYEVƏ QARŞI AKSİYA
17 MART TARİXİNDƏ BÜTÜN ANTİ MEHDYİVEÇİLƏR BİR ARAYA GƏLƏCƏKLƏR

DİA.AZ: - Bir neçə gün əvvəl araşdırmaçı-jurnalist Eynulla Fətullayev Azərbaycanda «Facebook» inqilabının baş verəcəyi haqda məlumatın yer aldığı bir yazı ilə çıxış etdi ki, bu materiala xüsusi həssaslıq nümayiş olundu. Həm iqtidara aid rəsmi dairələr bu olayı ciddiləşdirərək Eynulla Fətullayevin inqilabın təşkilatçısı kimi təqdim etdiyi ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisini hədəfə aldılar, həm də hədəfə çevrilən tərəf öz reaksiyaları ilə ittihamları yenidən ictimailəşdirmiş oldular.

İddia olunurdu ki, Milli Demokratiya İnstitutu Azərbaycanda 2 milyon dollar vəsaiti «Facebook» vasitəsilə inqilabın həyata keçirilməsi üçün ayırıb. Bunun ardından isə deputatlar və digər dövlət rəsmiləri «Facebook»un bağlanması tələbini də ortaya atdılar. Bir sözlə, bu gün «Facebook» bir təhlükə ünvanı kimi təqdim olunmaqdadır. Ona görə ki, burada insanlar bir-birilərilə daha çevik ünsiyyət quraraq hansısa istiqamət üzərə asanlıqla təşkilatlana bilirlər. Elə son aksiyaların da məhz «Facebook» vasitəsilə təşkil olunduğu da iddia olunmaqdadır.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə, daha dəqiqi 17 Mart tarixində daha bir aksiya planlaşdırılır və yenə də «Facebook» vasitəsilə. Bu barədə redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, sözügedən sosial şəbəkədə müəyyən bir qrup bu dəfə adı son zamanlar əsas hücum hədəfi kimi dəyərləndirilən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı aksiyat tədarükündədir.
«FACEBOOK»LA  RAMİZ MEHDİYEVƏ QARŞI AKSİYA

Onlar aksiyalarına «Bütün antimehdiyevçilər birləşin» şüarı ilə tərəfdar toplamağa da başlayıblar. Aksiyanın 17 Mart tarixinda saat 14.00-da «Fəvvarələr» Meydanında olacağı da söylənilir.

Geri qayıt