Əsas Səhifə > Güney Press, Araşdırma > GORANBOYUN İCRA BAŞÇISI İFŞA OLUNUR

GORANBOYUN İCRA BAŞÇISI İFŞA OLUNUR


14-03-2013, 11:03
GORANBOYUN İCRA BAŞÇISI İFŞA OLUNUR
ONUN SAHİBKARA "TORBA TİKMƏSİ" SÜBUT OLUNDU

Goranboy rayonunun Xanqərvənd kəndində sahibkar Müqayis Verdiyev Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Hadisəyə səbəbəb Müqayis Verdiyevin Goranboy rayonunda apardığı təmir-tikinti, abadlıq işlərinıə görə sərf etdiyi 256 min manat vəsaitin alınmaması ücbatından baş verildiyi bildirilir.

İşi görüb qurtardıqdan sonra pulu verməkdən imtina edən Goranboy RİH-nin başçısı Nizaməddin Quliyev hiyləyə əl atır. Müavini Baxiş Abdullayev vasitəsi ilə fəhlələrə bir -bir zəng edərək İcra Hakimiyyətinin qarşısına toplayaraq pul verəcəklərini bildirir. Fəhlələr ora yığıldıqda isə onlara hədə-qorxu gələrək Prokrorluğa şikayət etmələrini bildirir.

Məlumat üçün qeyd edim ki, İcra başçısının Müqayis Verdiyevə 256 min manat borcu olub. Müqayis Verdiyev Goranboy rayon İcra hakimiyətinin başçısı Nizaməddin Quliyevin qəbulunda olsa da, fəhlələrə veriləsi əmək haqları barədə müraciəti nəticəsiz qalıb. Vəziyyətdən çıxış yolu tapan rayonun icra başçısı Nizaməddin Quliyev Müqayis Verdiyevi guya rayonda ixtişaş törətməkdə suçlu olmasında ittiham edərək onu 06.03.2013-cü il tarixdə həbs etdirməyə nail olur. Məsələnin urək ağrıdan hissəsi isə ondan ibarətdir ki, bu haqsızlığı eşidən kimi onun anasının beyninə qan sızaraq vəfat edir.

Həbs olunan sahibkar Müqayis Verdiyev Banklardan külli miqdarda vəsait götürüb, Goranboyun abadlıq işlərinə sərf edib. Hal-hazırda sahibkar günahsız yerə icra başçısının sifarişi əsasında rayona ayrılan pulların mənimsənilməsini ört-basdır edilməsi üçün həbs edilib. İcra Başçısı Nizaməddin Quliyev rayon prokuroruna onun həbsi ilə bağlı göstəriş verir və Müqayis Verdiyev haqqında 3 aylıq həbs qət-imkan tədibiri seçilir.

Bunu eşidən fəhlələr Prezident İlham Əliyevə məktub ünvanlayırlar. Ünvanlanan məktubda göstərilir ki, bizim sahibkar Müqayis Verdiyevdən heç bir şikayətimiz yoxdur.

Bundan əlavə olaraq Rayon İcra Hakimiyyətindən mətbuta məlumat verirlər ki, biz sahibkar Müqayis Verdiyevin pulunu tam ödəmişik. Baxmayaraq ki, məhkəmə zamanı ödənilmiş pullar barədə hakimə heç bir rəsmi sənəd təqdim olunmayıb.

Goranboy RİH başçısı Nizaməddin Quliyev həm Müqayis Verdiyevə veriləcək 256 min manatı mənimsəmişdir, həm də "Fəqan -Xidmət" şirkətinin 1 milyon 300 min manatlıq yeyintisini ört-basdır etmişdir.

Aidiyyəti orqanlardan Goranboyda aparılan təmir-tikinti işlərinin hansı vəsait hesabına aparılmasının təftiş edilməsini xahiş edirik.

Anar VERDIYEV

AXA MBASK-ın Korporativ Satış Departamentinin Baş Mütəxəssisi
\ tezadlar \
Geri qayıt