Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ HƏSƏNOV KORRUPSİYADA İTTİHAM OLUNDU

ƏLİ HƏSƏNOV KORRUPSİYADA İTTİHAM OLUNDU


15-03-2013, 09:09
ƏLİ HƏSƏNOV KORRUPSİYADA İTTİHAM OLUNDU
67 AİLƏ "QAÇQINKOM" ŞEFİNDƏN ŞİKAYƏTÇİDİR

Redaksiyamıza müraciət edən 67 məcburi köçkün ailəsi, Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən pullarının mənimsənildiyini bildiriblər. Məcburi köçkünlər 1995 -2000-ci illərdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə torpaq sahələri alaraq ev tikdirdiklərini bildiriblər. Onların sözlərinə görə, ev tikdirdikləri torpaq sahələrini Binəqədi Rayon İcra Hakimiyyətindən, M.Ə.Rəsulzadə bələdiyyəsindən və torpağın sahibi olan vətəndaşlardan alıblar. 2011-ci ildə məcburi köçkünlərin yaşadığı ərazidə Bakı Metropoliteninin deposu inşa edilməyə başlayıb.
Ərazidə yerləşən 205 ev Bakı Metropoliteninin, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yoxlanılıb. Ərazidə yaşayan vətəndaşlara bildirilib ki, sökülən evlərin əvəzində kompensasiya ödəniləcək. Komissiyanın nümayəndələri qaçqın ailələrinə bildiriblər ki, Mehdiabad qəsəbəsində hər ailəyə 0,05 hektar torpaq sahəsi ayrılacaq və sökülən evlərin pulu ödəniləcək. Daha sonra 67 məcburi köçkün ailəsi Akkord Şirkətlər Qrupu tərəfindən inşa edilən Gənclər Şəhərciyinə köçürülüb. Köçkün ailələrinə ayrılan kompensasiya sahiblərinə çatmayıb. Məcburi köçkünlər evlərinin əvəzinin ödənilmədən sökülməsi nəticəsində dəyən zərərin ödənilməsi tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etdiklərini bildirdilər: “ Məhkəmə araşdırılması vaxtı cavabdehlərdən biri olan Bakı Metropolitenin nümayəndəsi həmin ərazidə olan evlərlə bağlı yaradılmış komissiyanın tərtib etdiyi və möhürlərlə təsdiq edilmiş sənədləri məhkəməyə təqdim edərək bildirdi ki, biz Nazirlər Kabinetinə ərazidə olan 205 evin köçürülməsi ilə bağlı müraciət etmişik və həmin evlərin köçürülüməsi ilə bağlı dövlət büdcəsindən pul ayrılıb. Lakin, Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi müraciət edərək məcburi köçkünlərin evləri üçün ödəniləcək kompensasiyanın onlara ödənilməsini istəmiş və onlar özləri məcburi köçkünlər üçün ev alacaqlarını bildirmişlər.
Beləliklə, 67 nəfər məcburi köçkünün evinin sökülməsinə görə pul “Qaçqmkom”a, qalan 138 nəfər məcburi köçkün olmayan şəxslərin evlərinin sökülməsinə görə isə pul həmin şəxslərin özlərinə ödənilib”.
Məcburi köçkünlərin bildirdiyinə görə, Nazirlər Kabineti evin sahəsindən asılı olaraq dəymiş zərərin ödənilməsi üçün hər evə 120-250 min manat arasında vəsait ayırıb. 67 ailənin pulu isə dövlət komitəsi tərəfindən mənimsənilib. Məcburi köçkün ailələri onlara dəymiş zərərin ödənilməyəcəyi təqdirdə ölkə vətəndaşlığından imtina edəcəklərini bildiriblər: “Bizlər “Qaçqmkom” adlı qurumu bizlərin hüquqlarını qoruyan qurum kimi deyil, bizlərin haqqnı yeyən, hüquqlarımızı tapdayan, hesiyatımızla oynayan, vətəndaşlıq hüquqlarımızı məhdudlaşdıran qurum kimi qəbul edirik.
Bizlərə dəymiş maddi ziyan səlahiyyətli orqanlar tərəfindən bizlərə ödənməlidir. Əks təqdirdə müvəqqəti yaşamaq üçün məskunlaşdığımız evlərdən çıxaraq ailə üzvlərimizlə birlikdə Azərbaycan Respublikası vətəndaşlığından imtina edərək sığınacaq üçün xarici ölkə səfirliklərinə müraciət edəcəyik”.
\ azerinyus \
Geri qayıt