Əsas Səhifə > Şou-biznes > ŞOU-BAZARDA RÖYANIN QİYMƏTİ QALXIB

ŞOU-BAZARDA RÖYANIN QİYMƏTİ QALXIB


15-03-2013, 09:35
ŞOU-BAZARDA RÖYANIN QİYMƏTİ QALXIB
MÜĞƏNNİNİN 1 SAATI 30 MİN AVROYADIR

Estrada ulduzu rəqiblərini yenə də üstələyir.

Milli.Az xəbər verir ki, tanınmış azərbaycanlı ulduz Röya Ayxanın dəvət aldığı tədbirlərdə iştirak etməsi üçün tələb olunan qonorarın məbləğındə artım var.

Bu məlumatı əməkdaşımızla telefon söhbətində müğənninin prodüseri Kənan Bayramov da təsdiqlədi: “Paytaxtımızda təşkil olunan məclislərdə yarımsaatlıq proqramın qonorarı 6 min manatdır. Rayonlar üçün bu rəqəm elə də çox dəyişmir.

Ölkəmizdən kənarda keçirlən məclislərdə Röyanın çıxışının qiyməti avro ilə ölçülür. Bir saatlıq proqram minimum 30 min avro tələb edirik”.

Geri qayıt