Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT VİRTUAL MƏKANA NECƏ NÜFUZ EDİR?

HAKİMİYYƏT VİRTUAL MƏKANA NECƏ NÜFUZ EDİR?


15-03-2013, 09:50
HAKİMİYYƏT VİRTUAL MƏKANA NECƏ NÜFUZ EDİR?
"İNQİLAB MƏKANI" OLAN «FACEBOOK» BAĞLANMASA DA, SÜRƏT AŞAĞI SALINIR

DİA.AZ: - Məlum olduğu kimi, neçə gündür hakimiyyət dairələri «Facebook» sosial şəbəkəsinə qarşı hücuma keçiblər. İqtidar yanlılarının iddialarına görə, bu sosial şəbəkə vasitəsilə müxtəlif təxribatçı qüvvələr öz niyyətlərini həyata keçirirlər. Elə «NİDA» Vətəndaş Hərəkətanın üzvlərinin həbsinin motivində də onların «Facebook»dakı fəaliyyətləri əsas dəlil kimi götürülüb.

Hətta vəziyyət o həddə çatdı ki, «Facebook»uen Azərbaycanda fəaliyyətinə qadağanın qoyulmasını təklif edənlər də tapıldı. Amma belə bir qərar verilmədi. Bununla bağlı DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, «Facebook»un bağlanması qərarı verilməsə də, virtual məkanla bağlı müəyyən tədbirlərin görülməsi qərarı verilib.

Məlumatlı mənbənin redaksiyamıza söylədiyindən belə başa düşülür ki, bu gün səhər saatlarından etibarən bütün Azərbaycan ərazisində internetin sürəti məqsədli şəkildə azaldılıb. Mənbənin söylədikləri: «Prezident seçkilərinə qədər internetin sürətinin aşağı salınması siyasəti jdəstəklənəcək və hətta bəzi yerlərdə bu sürət həddi minimuma endiriləcək».

Onu da qeyd edək ki, neçə müddətdir, Azərbaycan ərazisində internetin sürəti aşağı salınır və biz Cənubi Qafqazda ən az sürətli internetə malikik.

Xatırladaq ki, neçə müddətdir Azərbaycan daxil ola trafik üzrə dünyada 116-cı yerə düşüb - 3,64 Mbit/s. Bu həftə o yenə 3,63 Mbit/s sürətlə 112-ci olub.

Cədvəldə Azərbaycan yaxın ölkələr Baham adaları (bir pillə yüksək) və Barbadosdur (bir pillə aşağı). Qana, Kayman adaları və Uqanda bizdən yüksəkdədir.

Ookla (http://www.netindex.com/download/2,110/Azerbaijan) şirkətinin saytı məlumat verir ki, müasir texnologiyaların tətbiqi ilə əlaqədar qonşu ərazilərdə internet irəliləyib. Azərbaycan isə Azercell Telecom istisna olmaqla, uğurlar haqda raport verir. Müqayisə üçün deyək ki, Rusiyada (27-ci yer) orta göstərici 17,13, Gürcüstanda - 13,73 (40-cı yer), Ermənistanda (80-ci yer) - 5,60 Mbit/s-dir.

Keyfiyyətə görə yerli İnternetin ilk 54 yerə düşə bilməyib. Yerli provayderlər yerlərini dəyişir, texniki imkanlarını müqayisə edir, amma paytaxtda göstərici 3,63 Mbit/s-dir.

Bakıdan kənarda sürət 2,63 Mbit/s, Masazırda 2,61, Sumqayıtda 2,52-2,70 Mbit/s-dir. Rayonlar arasında xəritədə Cəlilabad var - 2,43 Mbit/s. 3 ay əvvəl analitiklər Şəki və Göyçaya dair məlumatları vermişdi.

Eksperiment üçün 304 735 unikal IP-ünvan seçilib. Tədqiqat 20 yerli provayderin statistikası əsasında aparılıb.

İki həftə Azercell Telecom LLC birinci olub - 5,95 Mbit/s (sürətin bir qədər azalması). Bu operatorun üstünlüyü ondadır ki, hər həftə yeni texniki həllər tətbiq edir, yeni abunəçilər cəlb etməyə çalışır. Növbəti yerləri Az.StarNet LLC və Eurosel LLC tutur - 5,04 və 4,37 Mbit/s. TransEuroCom LLC 2,38 Mbit/s-lə sonuncudur.

Çıxan trafikə görə (dünyada optimal 1,33 Mbit/s-dir və dünyada 123-cü yer) də 20 provayderin məlumatları verilib. Bu şəbəkələrdə maksimal sürət 3,19 Mbit/s (AG TELECOM), minimal sürət - 0,45 Mbit/s (Azerbaijan Data Network) olub.

Geri qayıt