Əsas Səhifə > Güney Press, Araşdırma > ADİL ƏLİYEV "EL"İ QARANLIQ MEŞƏYƏ BƏNZƏTDİ
ADİL ƏLİYEV "EL"İ QARANLIQ MEŞƏYƏ BƏNZƏTDİ15-03-2013, 11:31 |
“El müqəddəs sözdür. Kimlərinsə bu ada sığınıb, müxtəlif beynəlxalq dairələrin sifarişlərini icra etməyə haqqı yoxdur”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev sözləyib. Xatırladaq ki, bu günlərdə “El” Hərəkatı fəaliyyətə balşayıb. Eldar Namazovun rəhbərlik etdiyi qurumda əsasən “Ziyalılar Forumu”nda fəaliyyət göstərən siyasilər, elm adamları təmsil olunur ki, bu da öz növbəsində forum təmsilçilərinin siyasi iddialarının olmadığına dair bəyanatlarını alt-üst edir. Forumda rusmeylli şəxslərin yer alması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. “El” Hərəkatı İdarə Heyətinin üzvü Zəfər Quliyevin Rusiya ilə əməkdaşlığın zəruriliyi haqqında açıqlaması da bu əsnada təsadüfi sayıla bilməz. Millət vəkili Adil Əliyev hesab edir ki, Azərbaycan cəmiyyəti indiyə qədər müxtəlif maraqlı dövlətlərin və beynəlxalq təşkilatların ölkədə nifaq salmaq cəhdlərini çox görsə də, onların heç bir təzyiqi keçərli olmayıb: “Əlbəttə, ölkəmizin artan qüdrəti, dünya miqyasında siyasi və iqtisadi proseslərə təsiri bəzi dairələri təhrik edir ki, onlar Azərbaycana qarşı təzyiq rıçaqlarını işə salsınlar. Bununla özlərinin iqtisadi, siyasi və starteji maraqlarını təmin etsinlər. Amma təcrübəyə nəzər salsaq görərik ki, həm qərbdən, həm də digər dövlətlərdən ölkəmizə qarşı yönələn təzyiqlər keçərli olmayıb. Çünki Azərbaycan hakimiyyəti postsovet məkanı üçün nümunə sayıla biləcək bir müstəqil siyasət yürüdür. Burada ən təsirli məqam onların buradakı qeyri-rəsmi təmsilçilərinin ölkə ziyalıları, xalqı adına iddia etmələridir. Mən onların fəaliyyətini “qaranlıq meşəyə” bənzədirəm. Onlara bu haqqı kim verib? Azərbaycan cəmiyyəti ölkədə sabitliyi pozmaq istəyən, bəlli beynəlxalq dairələrin sifarişlərini icra edən siyasi qüvvələrə, o cümlədən “EL”ə “yox” deyir. Təklif edirəm ki, onlar da bu reallığı nəzərə alaraq, ölkəmizin mənafeyinə uyğun siyasət yürütsünlər. İndiki halda isə onların fəaliyyəti həm özlərinə, həm də cəmiyyətə fayda verən deyil”. Geri qayıt |