Əsas Səhifə > Şou-biznes > “QƏFLƏTƏN "PARLAMAQ" VƏ SONRA "SÖNMƏK" İSTƏMİRƏM”
“QƏFLƏTƏN "PARLAMAQ" VƏ SONRA "SÖNMƏK" İSTƏMİRƏM”30-11-2011, 10:37 |
AZƏRBAYCANLI ULDUZ ASTA GEDİR, USTA GEDİR Xalq artisti Aygün Kazımova ATV-nin "10-lar" verilişinə açıqlamasında Türkiyədə publika önünə nadir hallarda çıxdığını bildirib. Day.Az saytının verdiyi məlumata görə, qardaş ölkənin şou-biznesində parlamağa çalışan xalq artisti deyib: "Proses ləng gedir. Çünki qəflətən "parlamaq" və bir müddət sonra "sönmək" istəmirəm. Hələ ki, mahnı seçimilə məşğuluq". A.Kazımova bildirib ki, "patronu onun kiminləsə duet oxumalı olduğu qərarına gəlib": "Mahnı mənim səviyyəmə uyğun olmalıdır. Hələlik mənə haradasa görünməyə icazə vermirlər. Bu, qəflətən olmalıdır". Geri qayıt |