Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOV ARZUSUNA ÇATMAYIB
ZİYA MƏMMƏDOV ARZUSUNA ÇATMAYIB30-11-2011, 11:15 |
ƏSLİNDƏ METRO İLƏ BƏRABƏR AVTOBUSLARDA DA GEDİŞHAQQI ARTMALI İMİŞ DİA.AZ: - Tarfi Şurasının metroda gedişhaqqının qiymətinin qaldırmasına ictimai təpgilər durmadan artmaqdadır. Əslində bütün bunlar anlaşılandır. Çünki dünənə qədər «ən ucuznəqliyyat növü» kimi tanıdığımız metronun xidmətindən əhalinin daha az təminatlı hissəsi istifadə etməkdə idi. Onsuz da sosial problemlər içində boğulan vətəndaşlarımız üçün bu bahalaşma da bir yandan zərbə kimi qəbul olundu. Və bunun ardından belə bir məlumatlar da yayılmağa başladı ki, əslində metro ilə yanaşı, avtobuslarda da gedişhaqqının qiyməti qaldırılmalı imiş. Doğrudur, Tarif Şurasının nümayəndələri mətbuata açıqlamalarında bildirdilər ki, nəqliyyat nazirliyindən belə bir təklif daxil olmayıb. Amma mötəbər qaynaqlar bunun heç də reallığı əks etdirmədiyni iddia edirlər. Xatırladaq ki, bu barədə ilk dəfə olaraq məlumatı məhz bizlər diqqətinzə çatdırmışdıq və bildirmişdik ki, həm Bakı Metropolitenindən və həm də Nəqliyyat Nazirliyindən Tarif Şurasına təkliflər göndərilib. Tağı Əmədov metroda gedişhaqqının 15 qəpikdən 20 qəpiyə, Ziya Məmmədov isə şəhəriçi sərnişindaşıma xidməti göstərən avtobuslarda gedişhaqqının 20 qəpikdən 40 qəpiyə qaldırılmasını təklif edib. Və məlumatımızda onu da bildirmişdik ki, hər iki təklifə Nazirlər Kabineti Tarif Şurasının dekabr ayının sonlarına planlaşdırılan iclasında baxılacaq. Lakin hökumət gözlənilməz addım atdı. Və 27 noyabr tarixində Tarif Şurası metroda gedişhaqqının qaldırıldığını bəyan etdi. Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər qaynağın sözlərinə görə, Tarif Şurasının qəfil qərarı ictimai narazılığın qarşılığının alınması məqsədinə xidmət edir. Bu barədə mənbənin «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) söylədikləri: «Əslində planda həm avtobuslarda və həm də metroda gedişhaqqının qiymətinin artırılması var. Bu iki qərarın bir gündə elan olunması cəmiyyətdə böyük ajiotaj yarada bilərdi. Ona görə də hökumət ehtiyatlı mövqe seçdi və dekabra planlaşdırılan qərarlardan birini noyabr ayının sonunda qüvvəyə minmiş elan etdi». Mənbəmiz bildirir ki, əslində həmin iclasda qəbul edilən ən təhlükəli qərar kommunal qiymətlərin artırılması ilə bağlıdır: «Hələ vətəndaşlarımız həmin bahalaşmanı birbaşa olaraq hiss etmədiklərindən o qədər də narahatçılıq ifadə etmirlər və bütün etirazlar məhz metroda gedişhaqqı ilə bağlıdır. Amma bir ayın tamamında daha dəhşətli bir qərarın yaratdığı problemlə üz-üzə qalanda nəyə uğradığını anlayacaq». Mənbəmiz onu da bildirdi ki, avtobuslarda gedişhaqqının qiymətinin dekabr ayının sonlarınlan bahalaşdırılması nəzərdə tutulur: «Ola bilsin ki, hökumət bu addımını ertələsin. Amma istənilən halda gedişhaqqı bahalaşdırılaaq. Burada «Avroviziya» yarışmasına Bakının ev sahibliyi etməsini də bir səbəb kimi ehtimal etmək olar». Geri qayıt |