Əsas Səhifə > Partiya > "İSA BƏYƏ SƏS VERSİNLƏR"

"İSA BƏYƏ SƏS VERSİNLƏR"


18-03-2013, 10:45
"İSA BƏYƏ SƏS VERSİNLƏR"
RƏSUL QULİYEV MÖVQEYİNİ BİLDİRDİ

Modern.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azərbaycanın eks-spikeri Rəsul Quliyev bildirib. Müsavat başqanı İsa Qəmbər ötən gün gənclərlə görüşündə onun Azərbaycana qayıdışı ilə bağlı sənədə imza atmasından söz açaraq bildirib ki, Rəsul Quliyev spiker kimi xalqın seçimi deyildi.

Eks-spiker bloqunda Müsavat başqanına cavab verib:

“Onunla əlaqədar bir söz demək fikrim yox idi. Ancaq, onu deyə bilərəmki 1990-cı ildə Ali Sovetə deputat seçkilərində Mütəllibov 12 nəfəri o cümlədən xalq cəbhəsindən namizədi seçki dairəmdən namizəd kimi irəli sürdürməklə mənim heç olmazsa ikinci tura belə keçməyimə nail ola bilmədi. Bütün respublikada mən yeganə adam idim ki, heç kimlə razılaşdırmamış namizədliyimi vermişdim və həm hökümət həmdə xalq cəbhəsi nümayəndələrini udmuşdum. Həmin seçkilərdə xalq cəbhəsinin liderlərindən biri sayılan İsa Qəmbər həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi. 1991-ci ildə Mütəllibov razılıq verəndən sonra mənim Bakı şəhərinə deputatlığa namizədliyimi verdiyim dairədən onunda parlamentə namizidliyini ikinci dəfə verdilər. Mənə lazım olan 2500 səsi verənlərin hamısından xahiş etdim ki, onlar həmdə İsa bəyə səs versinlər. 2500 seçicidən sonra seçki məntəqələri bağlandı çünki heç kim daha səs verməyə gəlmədi. Ancaq bunun əhəmiyyəti o qədərdə yox idi Mütəllibov artıq razılıq vermişdi. Mənim Bakı şəhərinə deputatlığımda böyük qalmaqalla baş tutdu. Polis qutuları oğurladı, ancaq xeyri olmadı. İnsanlar gecə səhərə qədər seçki komisiyasının qarşısından çəkilmədi. Mənə zəng etdilər ki, biz icra başçısının müavini Kovalyevanı seçməliyik xahiş edirik deyəsən adamlar çıxıb getsin. Xeyri olmadı məni seçdilər. Beləliklə mən tək parlament yox Bakınında deputatı seçildim.

Həmin 1995-ci ildə namizədliyimi irəli sürəndə İsa Qəmbər və başqa müxalifət liderlərinə müraciət etdimki gəlib mənə rəqib olsunlar. Onu seçkilərə buraxmırdılar xahiş etdimki gəlsin mən iştirak edən dairədən namizədliyini versin. Təəssüf ki, bu işi görmədi”.

Geri qayıt