Əsas Səhifə > Sosial, Manşet > FHN ŞEFİ BAĞÇILIQ SEKTORUNA NÜFUZ EDİR
FHN ŞEFİ BAĞÇILIQ SEKTORUNA NÜFUZ EDİR18-03-2013, 11:20 |
“GİLAN HOLDİNQ”İN NƏZDİNDƏ YENİ AQRO ŞİRKƏT FƏALİYYƏTƏ BAŞLAYIB DİA.AZ: - Vergilər Nazirliyi “Gilan Aqro” şirkətini qeydiyyata alıb. DİA.AZ bildirir ki, bu barədə “Gilan Holding” qrupundakı mənbə Turan-a bildirib. Daxil olan məlumatda deyilir ki, bu şirkəti həmin holdinq təsis edib və o, intensiv bağçılıqla məşğul olacaq. Şirkətdə deyiblər ki, ölkə regionlarında salınan meyvə bağları yaxın illərdə ilk məhsul verəcək. İqtisadi İnkişaf Nazirliyi 2011-ci ildən intensiv bağçılıq, şitilçilik və toxumçuluq layihələrini maliyyələşdirir. Kreditlər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilir. Fondun saytının məlumatına görə, alma, nar, zeytun yetişiriləcək 9 belə layihə həyata keçirilir. “Gilan Holding” SKMF-dən güzəştli kreditlər alır. “Gilan Holding”ə məxsus “Aqro-Azerinvest” MMC-nin bir neçə rayonda 2000 ha torpağı var. 2004-cü ildən onlarda Avropa sortlu və üzüm şərabı istehsal edilir. Holdinqin bir neçə süd fabriki və heyvandarlıq təsərrüfatı var. O, meyvə şirəsi və konserv istehsal edən bir neçə zavoda da malikdir. Şirkət aqrar-sənaye sektorunda liderlərdəndir. Bu zavodlardan biri ( “Gilan Qəbələ Sənaye İstehsal”) ildə 700 min ton meyvə və tərəvəz emal edə bilir. 2007-ci ildən bu müəssisənin gücü 4 dəfə artırılıb. Geri qayıt |