Əsas Səhifə > Güney Press, Araşdırma > KİMİN ORDUSU GÜCLÜDÜR: ERMƏNİSTANIN, YA BİZİM?

KİMİN ORDUSU GÜCLÜDÜR: ERMƏNİSTANIN, YA BİZİM?


18-03-2013, 12:23
KİMİN ORDUSU GÜCLÜDÜR: ERMƏNİSTANIN, YA BİZİM?
BRİTANİYALI EKSPERT DƏYƏRLƏNDİRİR

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (The International Institute for Strategic Studies, IISS) dünyanın 160-dan çox ölkəsində hərbi və müdafiə potensialına həsr olunmuş The Military Balance 2013 adlı illik hesabat hazırlayıb. Britaniyalı ekspertlərin hesabatında Azərbaycan və Ermənistan ordularının hərbi potensialı barədə informasiya verilir. Mediarupor bildirir.

Sənəd müəllifləri qeyd edirlər ki, hər iki ölkə hərbi sahənin maliyyələşdirilməsinə xeyli vəsait ayırır. Əgər Ermənistan hər il bu məqsədlə $400 mln.-a yaxın vəsait ayırırsa, Azərbaycanın hərbi xərcləri $1 mlrd. 770 mln. həcmində dəyərləndirilir. 2011-ci illə müqayisədə 2012-ci ildə bu məbləğ $90 mln. artıb.

Ümumilikdə, Azərbaycan hərbi xərclərə ÜDM-in təxminən 2,5%-ni, Ermənistan 4%-ni sərf edir.

Sənəd müəllifləri hər iki ordunun döyüş qabiliyyətinin səviyyəsini də qiymətləndiriblər. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun mütəxəssislərinin fikrincə, bu müqayisədə irəlidədir. “Ermənistan SQ xeyli ixtisaslaşıb, qarşıya qoyulmuş məqsəd və vəzifələri açıq şəkildə təqdim edir. Buna paralel olaraq orduda kontrakt əsasında xidmət edən peşəkar hərbçiləri sayı artır, lakin möhlətli xidmətə çağırış saxlanılır.

Ermənistan SQ-nin ən aktual problemlərini təhlil edən analitiklər belə nəticəyə gəliblər ki, onların heyətində ən zəif yer HHQ-dir. “Ermənistan Silahlı Qüvvələrinin əsas problemi xidmət etmə, həmçinin ümumi effektivlikdir. Məhz buna görə də Ermənistanın hava məkanının müdafiəsini Rusiya icarə edilmiş aviabazanın köməyilə həyata keçirir”, - müəlliflər yazırlar.

Ekspertlər erməni ordusunda aparılan islahatlara da toxunublar. Onların fikrincə, islahatlarda əsas məqsəd kontraktla xidmət edənlərin sayının, həmçinin silahlarının alışının keyfiyyətinin artırılmasıdır. “Bu zaman təlimlərin və şəxsi heyətin peşəkarlığının səviyyəsinin artırılmasına yönələn ciddi struktur dəyişiklikləri kifayət qədər ciddi problemlərlə üzləşir.

Eyni zamanda IISS-də qeyd edirlər ki, Ermənistanın silahların yenilənməsinə və modernləşdirilməsinə ciddi vəsait ayırmasına baxmayaraq, Ermənistan SQ yeni zəngin texnikadan çox uzaqdır. Bu, əsasən korrupsiya halları, həmçinin Ermənistan Müdafiə Nazirliyində maliyyə idarəolunmasının effektivliyinin zəif olması ilə əlaqədardır.

Azərbaycan Silahlı Qüvvələri və Dağlıq Qarabağın təmas xəttində vəziyyətə gəlincə, sənəd müəllifləri qeyd edirlər kİ,

2012-ci ildə minimum iki dəfə (yazda və yayda) münaqişə zonasında gərginliyin kəskin artması halları baş verib ki, bu da bir qayda olaraq, regionda hərbi əməliyyatların bərpasına səbəb olub.

Ekspertlər Azərbaycan ordusunun imkanlarına olduqca tənqidi yanaşıblar. Sənəddə qeyd olunur ki, neft satışından əldə olunan mənfəətin sayəsində silah alışına baxmayaraq, Azərbaycan SQ-nin hava arenasında birmənalı üstünlük yoxdur ki, bu da Qarabağda mümkün hərbi əməliyyatlar zamanı ciddi risk amilinə çevrilə bilər. “Neft Azərbaycanın yeni C-300 sistemini əldə etməsinə imkan yaradıb, lakin ümumiyyətlə döyüş qabiliyyətini artırmaq üçün bunun Bakıya nə verdiyi hələlik məlum deyil”, - sənəddə deyilir.

Geri qayıt