Əsas Səhifə > Cəmiyyət > DYP RƏİSİNİN SÜRÜCÜSÜ JURNALİSTİ MƏHKƏMƏYƏ VERDİ
DYP RƏİSİNİN SÜRÜCÜSÜ JURNALİSTİ MƏHKƏMƏYƏ VERDİ19-03-2013, 12:50 |
Bildiyiniz kimi “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetlərinin təsisçisi və baş redaktoru Mahmud Tağıyev dəfələrlə Bakı DYPİ –nin əməkdaşlarının qanunsuz hərəkətləri ilə üzləşib və şəxsən özünün ,eləcə də çoxsaylı vətəndaşların rastlaşdığı bu əməllər haqda mütəmadi olaraq mətbuatda məqalələrlə çıxış edib.Lakin təəsüflər olsun ki, bu yazılarda baş redaktor Mahmud Tağıyev Bakı DYPİ-də baş verən qanuna-zidd əməllərini faktlara əsaslanaraq ifşa etsə də, onun rəsmi qurumlara göndərdiyi şikayətlərlə bağlı nəinki lazımı qanuni tədbir görülməyib, üstəlik ona rəsmi olaraq ədalətsiz cavab verilib.Qafqazregion.az bildirir ki,bu yaxınlarda onun “100-cü otağın sirri və ya Bakı DYPİ-də özbaşnalıq “adlı və digər tam obyektiv köşə yazılarında öz əksini tapan fikirlər ilə bağlı DYPİ-nin rəisi Nuşrəvan Səfərovun sürücüsü ,yazıda adı halllandırılan polis kapitanı Mərdan Əliyev jurnalist Mahmud Tağıyevi məhkəməyə verib. Sürücü hesab edir ki,adıçəkilən yazıda guya onun şərəf və ləyaqətinin təhqir olunduğu məqamlar var və bunun üçün o məhkəməyə müraciət edərək baş redaktora qarşı 20 min manatlıq təzminat iddiası qaldırıb.Əlbəttə , bu çox acınacaqlı haldır ki, jurnalistin tənqidi yazısında əks olunan DYPİ-də baş verən qanunsuz əməllər haqda rəsmi şəxslər müvafiq tədbir görərək qanunu pozanları çəzalandırmaq əvəzinə Bakı DYPİ-nin vəzifəli şəxsləri sürücü vasitəsilə Mahmud Tağıyevi susdurmaq istəyirlər.Xatırladaq ki, peşəkar fəaliyyəti ilə bağlı ona qarşı edilən təhdidlərlə və adi vətəndaş kimi rastlaşdığı qanunsuzluqlarla bağlı Mahmud Tağıyev bu yaxınlarda prezidentə müraciət etməyə məcbur olub.Qeyd edək ki,bundan əvvəl baş redaktor məsələ ilə bağlı Daxili İşlər naziri cənab Ramil Usubova müraciət etmişdir və nazirlikdən ona aşağıdakı məzmunda cavab gəlmişdir: Hörmətli Mahmud Rasim oğlu! “ «Qafqaz Region News» qəzetində barəsində yazdığınız tənqidi məqalələrə görə Bakı şəhər BPİ DYPİ-nin rəisi N.Səfərovun və qeyrilərinin qanunazidd hərəkətlərinə məruz qalmanız, 11.02.2013-cü il tarixdə idarə etdiyiniz avtomaşının YPX inspektorları tərəfindən əsassız saxlanılaraq mobil telefonla danışmaqda təqsirləndirilib barənizdə protokol tərtib olunması və post-terminal vasitəsi ilə 45 manat cərimə ödəmənizə cəhd göstərilməsi haqda DİN-in elektron poçtuna ünvanladığınız müraciətinizə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır.Bildiririk ki, 11.02.2013-cü il tarixdə idarə etdiyiniz avtomaşınla Nəsimi rayonu, C.Hacıbəyli küçəsindən hərəkətdə olarkən mobil telefondan istifadə etdiyinizə görə YPX inspektoru M.Məmmədov tərəfindən barənizdə Azərbaycan Respublikası İXM-nin 155.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xidməti təhqiqat nəticəsində yol hərəkəti qaydalarını pozmadığınız halda DYP əməkdaşları tərəfindən idarə etdiyiniz avtomaşının mütamadi olaraq saxlanılıb barənizdə əsassız cərimələr yazılması, eləcə də sonuncuların hüquqazidd hərəkətlərinə məruz qalmanız haqda müraciətinizdə göstərdiyiniz xüsusatlar təsdiqlənməmişdir.Müraciətinizə baxılmasının nəticəsindən narazı qalacağınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır”. Hörmətlə Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev Ancaq ən maraqlısı odur ki,Mahmud Tağıyevin Daxili İşlər naziri cənab Ramil Usubova müraciəti araşdırılmaq üçün normal məntiqə uyğun olmayan addım ataraq birinci DYPİ-nin rəisi Nuşirəvan Səfərovun üstünə göndərilməsidir. Yalnız Mahmud Tağıyev buna etirazını və təəcübünü bildirəndən sonra nazirlikdəki məsul şəxslər səhvlərini başa düşərək həmin şikayəti araşdırılması məqsədilə təzədən Bakı şəhər BPİ-nə göndəriblər və yuxarıda təqdim etdiyimiz cavab gəlib.Xatırladaq ki,bu incə məqamı “Kiminin əvvəli,kiminin axırı...”məqaləsində də qey edib:” Cənab Ramil Usubova müraciət etdim ki, Bakı DYPİ-nin rəisi Nuşirəvan Səfərovun qəzəbinə tuş gəlmişəm. Hörmətli nazir də mənim şikayətimi Bakı DYPİ-nin rəisi Nuşirəvan Səfərovun üstünə göndərdi ki,qoy elə N.Səfərovun özü ilə bağlı şikayəti elə özü də araşdırsın.Buna görə Bakı DYPİ-nə çağrılanda istər-istəməz bir anlığa məni gülmək tutdu. Əlbəttə bu zəngdən sonra mən başa düşdüm ki,nə qədər haqlı olsam da,bunlar həmişəki kimi işi bağlayıb mənə cavab yazacaqlar ki,yazdıqlarınız öz təsdiqini tapmadı. Ancaq görün bunu necə ustalığla edirlər. Demək mən çağrılıram Bakı DYPİ-nə və orada məndən izahat alınır.Mən sakitcə bildirirəm ki,əgər mən bir idarənin rəisindən nazirə şikayət etmişəmsə və mənim şikayətim onun rəis olduğu idarədə araşdırılırsa,burda heç bir obyektiv araşdırmadan söhbət gedə bilməz. Məndən izahatı alan inspektor gözümün qabağında mənim dediklərimi rəisi N.Səfərova çatdırır. Bundan sonra N.Səfərov əlbət fikirləşir ki, bu şikayəti elə silmək lazımdır ki, şikayətçi mat vəziyyətində qalsın...” Bütün bunlara baxmayaraq Mahmud Tağıyev bildirdi ki,Azərbaycan hüquqi dövlət olduğundan o inanır haqq-ədalət öz yerini tapacaq və məhkəmə onun xeyrinə qərar çıxaracaq.Qafqazregion.az olaraq bildirirk ki,baş redaktora qarşı yönələn bu cür təyziqləri pisləyirik və bunu təkcə Mahmud Tağıyeva qarşı yox, bütün mətbuata qarşı atılan addım kimi qiymətləndiririk. Geri qayıt |