Əsas Səhifə > Dünya > BARAK HÜSEYN OBAMA İRAN XALQINA MÜRACİƏT ETDİ

BARAK HÜSEYN OBAMA İRAN XALQINA MÜRACİƏT ETDİ


19-03-2013, 13:08
BARAK HÜSEYN OBAMA İRAN XALQINA MÜRACİƏT ETDİ
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ

Barak Obama İrana hökuməti və xalqı Novruz bayramı münasibətilə təbrik etdiyi videoyazı göndərib.

SalamNews-un FarsNews-a istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir: “İran hökuməti və xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Mən bilərəkdən sizi qabaqcadan təbrik edirəm ki, mənim təbrikim Təl-Əvivə təşkil olunacaq səfərim barədə yayılacaq xəbərlərin fonunda unudulmasın. Fürsətdən istifadə edib İran hökuməti və xalqına müraciət edir və ABŞ prezidenti olaraq bildirirəm ki, ölkə beynəlxalq öhdəliklərini yerinə yetirərsə və ABŞ ilə bu İslam Respublikası (İİR) arasında yeni əlaqələrin yaradılmasına razılıq verərsə, dövlət siyasi arenada öz qanuni yerinə qayıda bilər".

ABŞ prezidenti İranın nüvə enerjisi ilə bağlı məsələyə də toxunub: "Amerika İranın nüvə məsələsinin sülh və diplomatik yolla həllinə tərəfdardır. İranın nüvə enerjisi istehsalına imkan vermək üçün məsələnin müxtəlif həlli yolları var. Lakin bu, yalnız dünya ictimaiyyətinin İranın nüvə proqramının əsl mahiyyəti barədə cavab almasından sonra mümkündür”.

İranın ekspertləri bu təbrikə münasibət bildiriblər. Onların fikrincə, ABŞ prezidentinin İİR-in nüvə proqramı ilə bağlı məsələnin həlli ilə bağlı arzularına baxmayaraq o, İrana təzyiq göstərmək yolunu üstün tutur.

Geri qayıt