Əsas Səhifə > Dünya > QƏZZAFİNİN QIZI OD PÜSKÜRDÜ

QƏZZAFİNİN QIZI OD PÜSKÜRDÜ


30-11-2011, 12:31
QƏZZAFİNİN QIZI OD PÜSKÜRDÜ

"AYILIN, OYANIN!"

Liviya Cəmahiriyyəsinin mərhum lideri Müəmmar Qəzzafinin qızı Aişə Qəzzafi xalqa müraciət edib.

O, Liviya Milli Şurasının keçid hökumətini devirməyə çağırıb.

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Qərb mediasının "Şimali Afrikanın Klaudia Şifferi" adlandırdığı Aişə əvvəllər də atasını müdafiə edirdi.
İndi isə Aişə Əlcəzairdəki siyasi sığınacağını itirə bilər. Belə ki, Aişəyə belə sığınacaq veriləndə ondan siyasi bəyanatlar verməmək tələb edilmişdi.

"Atam bizi tərk etməyib, o, həmişə aramızda qalacaq. Atamın səsini eşitməsəniz də, onun mübariəzəyə çağırışlarını unutmayın. Liviyanın yeni hökuməti isə NATO təyyarələri ilə gəlmiş kuklalardır. Liviyalılara üz tutaraq deyirəm: ayılın, oyanın! İşğalçılara qarşı amansız müqavimət göstərməliyik", - Aişə Qəzzafinin çağırışında deyilir.


Geri qayıt