Əsas Səhifə > Sosial, Manşet > İRANLI AYƏTULLAH ANKARA VƏ BAKINI İTTİHAM ETDİ
İRANLI AYƏTULLAH ANKARA VƏ BAKINI İTTİHAM ETDİ22-03-2013, 11:29 |
AMİLİ TÜRKİYƏ VƏ AZƏRBAYCANI SİONİSTLƏRLƏ İŞ BİRLİYİNDƏ SUÇLADI DİA.AZ: - Özünün antiAzərbaycan mövqeyi ilə seçilən Azərbaycan türkü əsilli Ərdəbilin imam cüməsi Seyid Həsən Amili yenə də ölkəmizə qarşı ittihamlar səsləndirib. Bu barədə fars-molla rejiminin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı əsas təbliğat ruporlarından biri kimi tanınan «AranNews» portalında məlumat yer alıb. Xəbərdə bildirilir ki, iranlı ayətullah Azərbaycan və Türkiyəni yəhudilərlə işbirliyində ittiham edir, eyni zamanda rəsmi Bakını da dinsizlikdə suçlayır. Hər halda, Seyid Həsən Amilidən bundan artığını gözləməyinə dəyməz. Çünki adam kökünü danaraq, millətinə və dövlətinə xəyanəti həyat kredosuna çevirib. «Arannyus» portalında yer alan həmin məlumatı diqqətinizə təqdim edirik… «Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili 1391 şəmsi ilinin son cümə namazının xütbələrində deyib: “İranın region ölkələrə, hətta regiondan kənar ölkələrə belə neft ixracı sübut etdi ki, artıq sanksiyalar öz gücünü itirib. İran Pakistana, oradan Hindistana və Çinə, İraqdan Suriyaya, Livana və Avropaya qaz ixrac etməklə imperializmin sanksiya tabutuna son mıxı vurdu”. Ərdəbilin imam cüməsi xütbəsinin digər bir hissəsində yeni ili və iranlıların qədim bayramı olan Novruzun gəlib çatmasını təbrik edərək deyib: “Bu yeni ildə İnqilabın Böyük Rəhbərinə daha artıq izzət, şövkət və əzəmət arzu edirik və digər tərəfdən ümidvarıq ki, İslam dünyasında, əsasən də İraq, Livan, Suriya, Əfqanistan və digər İslam ölkərində soyqırım sona yetsin və İslam ümməti vəhdəti qorumaqla pisdüşüncəli düşməni məyus etsinlər”. Amili, Azərbaycan xalqının bu günləri dindarlıq və İslam hökuməti ilə mübarizə aparan sekülar və dinsiz hökumətə düçar olmasına işarə edərək deyib: “Qarabağ, yalnız Azərbaycan xalqının iman və mənəvi qüdrəti ilə fəth oluna bilər. Çünki imperializm dünyası çalışır ki, Qarabağın Azərbaycanın ağuşuna qaytarılmasını zamana saxlasın və bu böyük fəthi yubatsın”. İmam cümə İngiltərənin xarici işlər nazirinin “Türkiyə müsəlman olduğuna görə Avropa Birliyinə qəbul etmədik”-deməsinə toxunaraq deyib: “Bu gün həmin təcrübəni Azərbaycan ölkəsi xristian Minsk qrupuna ümid bağlamaqla təcrübə edir. Amma xəbərdarlıq edirik ki, hər kəs sionist rejiminə və ABŞ-a ümid bağlayıbsa, nəticəsi zəifləmək və məhsulsuz olubdur”. Seyid Həsən Amili daha sonra deyib: “Azərbaycan və Türkiyə dövlətləri öz münasibətlərini sionistlərlə möhkəmləndirməklə uduzdular və çıxılmaz vəziyyətə düşdülər.Ümidvarıq ki, bu qarışıq dünyadan ibrət götürsünlər”». Geri qayıt |