Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR

ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR


22-03-2013, 13:04
ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR
HƏR GÜN ÖLÜMLƏ ÜZ-ÜZƏDİRLƏR

Abşeron rayonu Ceyranbatan qəsəbəsi son illər sürətlə böyüsə də müəyyən sahələr üzrə xidmətlər əvvəlki kimi problemli olaraq qalır. Əhalinin ən çox narahat edən problem isə iki qəsəbəni (Yeni Ceyranbatan qəsəbəsi ilə köhnə qəsəbəni) birləşdirən yerüstü piyada keçidinin tikilməməsidir.

Bakı-Quba yolunun kənarında yerləşən qəsəbə sakinləri üçün ən azı bir yerüstü piyada keçidinin tikilməsi vacibdir.
İlham adlı qəsəbə sakini bildirir ki, keçidin olmamasına görə vətəndaşlar magistral yoldan keçməyə məcbur olur ki, bu da bəzən faciə ilə nəticələnir: “Mənim yaxın qohumum da bir neçə ay öncə yolu keçərkən maşın vurması nəticəsində həyatını itirdi. Yeni qəsəbədə minlərlə ailə yaşayır. Qəsəbənin bir tərəfi artıq Sumqayıta çatıb. Sakinlərin sayında dəfələrlə artım olsa da keçid hələ də tikilməyib”.ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR
ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR
ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR
ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR
ZİYA MƏMMƏDOVUN RİSQ ALTINDA QOYDUĞU SAKİNLƏR

Həsənqulu adlı qəsəbə sakini isə deyir ki, keçidin tikilməməsinin yol açdığı faciələrin statistikası açıqlansa, bu problemin həllinin nə qədər vacib olduğu bilinər: “Şəxsən mənim yadıma təqribən 10-a qədər avtomobil qəzasında baş verən piyada ölümləri gəlir. Bu nə böyük problemdir ki, əlaqədar qurumlar onu həll edə bilmirlər?”.
Taksi sürücüsü Maqsud bildirdi ki, bununla bağlı yerli sakinlər Nəqliyyat Nazirliyinə yazılı müraciət ünvanlasalar da bir nəticəsi olmayıb: “Biz bir dəfə yığışıb Nəqliiyyat Nazirliyinə şikayət etdik. Gəlib yola baxdılar, ölçdülər və söz verdilər ki, keçid tikiləcək. Amma sonradan bir səs çıxmadı. Gərək yenidən kimisə maşın vursun sonra gəlib nəsə etsinlər?”.
Digər qəsəbə sakinləri də vurğuladılar ki, bu problem onları çox ciddi narahat edir və mətbuat vasitəısilə müraciətlərini əlaqədar orqanlara çatdırmaq istəyirlər: “Görürsünüz də maşınlar yolu necə sürətlə keçir. İndi özünüz düşünün yolu keçən piyadaları hər an təhlükə gözləyir. Biz mətbuat vastəısilə bir daha Nəqliyyat Nazirliyinə müraciət edirik ki, bu problemi həll etsinlər”.

Geri qayıt