Əsas Səhifə > Dünya > VƏZİRİSTANDA DAHA BİR TERROR AKTI
VƏZİRİSTANDA DAHA BİR TERROR AKTI24-03-2013, 11:09 |
Pakistanda nəzarət-buraxılış məntəqəsində terrorçu tərəfindən törədilmiş partlayış nəticəsində 17 nəfər həlak olub. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, hadisə ölkənin Vəziristan vilayətinin Miranşah şəhərində baş verib. Məlumatda bildirilir ki, həlak olanların hamısı hərbçilərdir. "Partlayış nəzarət-buraxılış məntəqəsinin binasının yarısını dağıdıb. Terrorçu məqsədini pərdələmək üçün su qabından istifadə edib" - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, partlayışa görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Geri qayıt |