Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOV SUMQAYITI UNUDUB

ZİYA MƏMMƏDOV SUMQAYITI UNUDUB


24-03-2013, 12:01
ZİYA MƏMMƏDOV SUMQAYITI UNUDUB
Son aylar Sumqayıt şəhərinin görünüşündə müsbət dəyişikliklər müşahidə olunsa da, təəssüf ki, bu sözləri adıçəkilən şəhərin avtovağzalına aid edə bilmirik. Şəhərin mərkəzi küçələrində kifayət qədər abadlıq işləri aparılıb, müasir sandartlara cavab verən işlər görülüb. Avtovağzalda isə bu istiqamətdə heç bir addım atılmayıb. Asfalt örtüyü yararsız haldadır, avtovağzalın ətrafında antisanitariya şəraiti hökm sürür. Yağışlı havada isə avtobusların dayandığı yer su ilə dolur ki, sərnişinlər maşına minməyə çətinlik çəkirlər.

Oqtay adlı şəhər sakini: “Mənim fikrimcə, abadlıq işləri ilk növbədə avtovağzaldan başlanmalı idi. Daha sonra isə küçələr yenidən təmir edilməli idi. Düzdür, mərkəzi küçələr yaxşı təmir olunub. Amma avtovağzal pis vəziyyətdədir. Özünüz buradakı vəziyyətin şahidisiniz”.

Şəhər sakini Könül Əsgərova: “Bilisrsiz, şəhərimizə gələn qonaqlar ilk olaraq avtovağzalla tanış olurlar. Bura düşən kimi, şəhər haqqında ilkin təssürat yaranır. Ona görə də avtovağzalın yüksək standartlara cavab verməsi üçün ciddi təmirə ehtiytacı var”. \ hafta ichi \

ZİYA MƏMMƏDOV SUMQAYITI UNUDUB
ZİYA MƏMMƏDOV SUMQAYITI UNUDUB
ZİYA MƏMMƏDOV SUMQAYITI UNUDUB
ZİYA MƏMMƏDOV SUMQAYITI UNUDUB

Geri qayıt