Əsas Səhifə > Partiya > "NİDA" ÜZVÜ MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR
"NİDA" ÜZVÜ MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR24-03-2013, 15:54 |
Elitar.Az saytına daxil olan məlumata görə, NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun məhkəməsi olacaq: “Məhkəmə martın 27-si saat 14:30-da Apellyasiya Məhkəməsində keçiriləcək. Məmməd Əzizovun ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından şikayət verilib. Məmməd Əzizovun məhkəməyə gətirilməsi gözlənilir”. Qeyd edək ki, NİDA Vətəndaş hərəkatının 4 üzvü – Məmməd Əzizov, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Həsənli şərlənərək həbs olunub. “Amnesty İnternational” beynəlxalq təşkilatı 4 gəncin həbsini siyasi sifariş hesab edir və onların dərhal azadlığa buraxılmasını tələb edir. Adıçəkilən təşkilat gəncləri vicdan məhbusu elan edib. Geri qayıt |