Əsas Səhifə > Sosial, Manşet > GÖYGÖLÜN İCRA BAŞÇISI NƏDƏN İNFARKT KEÇİRDİ?

GÖYGÖLÜN İCRA BAŞÇISI NƏDƏN İNFARKT KEÇİRDİ?


25-03-2013, 10:28
GÖYGÖLÜN İCRA BAŞÇISI NƏDƏN İNFARKT KEÇİRDİ?
ARİF SEYİDOVUN HƏBS OLUNAN QOHUMU ONUN ƏLEYHİNƏ İFADƏ VERİB

DİA.AZ: - Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun infarkt keçirməsi xəbəri yayılıb. DİA.AZ bildirir ki, bu barədə moderator.az portalı məlumat yayıb. Saytda yer alan informasiyada qeyd olunur ki, icra başçısının infarkt keçirməsinə səbəb son zamanlar yaşadığı stress olub.

Məlumatda bildirilir ki, Arif Seyidov bayram günlərini evində deyil, məhz xəstəxanada qarşılamalı olub. Belə ki, Arif Seyidovubu hala salan rayondakı peşə liseyinin direktoru işləyən qudasının oğlu Fəxri İsmayılovun Korrupsiyaya Qarşı Mübariz İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilməsi olub. Qeyd edək ki, korrupsiya ittihamı ilə həbs edilən lisey direktorunun rayon təhsil şöbəsinin rəhbəri Elbrus Atayevin və Arif Seyidovun əleyhinə ifadə verdiyi bildirilir.

Bəzi media orqanlarında isə Arif Seyidovun yaxın zamanlarda vəzifəsindən gedəcəyi barədə xəbərlər də yayılıb.

Bir neçə gün əvvəl hüququnu tələb edən rayon sakini Toğrul İsmayılovu döydürən Arif Seyidovun bu addımı rayon sakinləri arasında da ciddi narazılığa səbəb olub. Göygöllülər ölkə rəhbərliyindən Arif Seyidovu vəzifəsindən kənarlaşdırması üçün müraciət də ediblər.

Geri qayıt