Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "FACEBOOK" DA PULLU OLDU
"FACEBOOK" DA PULLU OLDU25-03-2013, 10:34 |
MƏŞHUR ŞƏBƏKƏDƏ YENİ UYĞULAMA Dünyaca məşhur sosial şəbəkə olan "Facebook" daha əvvəldən sınağa başladığı yeni tətbiqini icra edib. Qaynar.info bildirir ki, yeni tətbiqlə dost siyahınızda olmayan birinə mesaj göndərmək artıq ödənişli hala gəlir. Dost siyahınızda olmayan birinə göndərdiyiniz mesaj, istifadəçinin "digər" (spam - red.) qovluğuna düşür. Əgər bunu istəmirsinizsə təqribən 1 manat ödəyərək göndərdiyiniz mesajın istifadəçinin "gələn mesajlar" qovluğuna düşməsini təmin etməniz mümkündür. Bu tətbiq üzərində uzun müddətdir düşünən Facebook beləcə ödənişli mesajı həyata keçirmiş oldu. KREDİT KARTI LAZIMDIR Mesaj göndərmək istədiyinizdə qarşınıza gələn xəbərdarlıq pəncərəsi sizi istiqamətləndirir. Mesaja görə ödənişi kredit kartı ilə həyata keçirə bilərsiz. Ödəniş yerinə yetirildikdən sonra mesaj qarşı tərəfə çatdırılır. İndi əsas məsələ Facebook istifadəçilərinin bu tətbiqə necə reaksiya verəcəkləridir. Çünki bu tətbiq hələ fikir mərhələsindəykən belə çox danışılmış və mübahisələrə səbəb olmuşdu. Geri qayıt |