Əsas Səhifə > Hadisə > TƏCİLİ TİBBİ YARDIMA ŞOK SAYDA MÜRACİƏT
TƏCİLİ TİBBİ YARDIMA ŞOK SAYDA MÜRACİƏT25-03-2013, 12:40 |
11 MİN DƏFƏ ZƏNG OLUNUB Novruz bayramı günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 11 minə yaxın şəxs müraciət edib. Stansiyanın baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyev bazar ertəsi Trend-ə bildirib ki, bayram günlərində hər gün orta hesabla 1700 nəfər müraciət edib. Bu göstərici bu ilin yanvar və fevral ayları ilə müqayisədə azdır. Çünki həmin aylarda qriplə əlaqədar stansiyaya edilən çağırışların sayı artmışdı. Ancaq ümumilikdə isə bayram günlərində olan çağırışların sayı orta göstərici ilə müqayisədə təxminən 15-20 faiz coxdur. Adi günlərdə adətən orta hesabla 1500 çağırış olur. Şahmalıyev bildirib ki, bayram günlərində çağırışların əksəriyyəti qan təzyiqinin artması, ürək ağrısı və s. ilə əlaqədar olub. Çağırışların ikisi qeyri-adi halla bağlı olub. Bayram tonqalının üstündən tullanmaq istəyən 19 və 20 yaşlı iki gənc yanıq xəsarətləri alıblar. Onlardan biri xəstəxanaya çatdırılıb. Şahmalıyev qeyd edib ki, xronoki xəstələr adətən adi günlərdə özlərinin qida rejimlərinə daha diqqətli olsalar və pəhriz saxlasalar da, bayram günlərində bu pəhrizi pozurlar. Belə xəstələrin güclü enerjili qida olan şəkərbura, paxlava və digər şirniyyatları yeməsi onların səhhətinnə mənfi təsir göstərib. Geri qayıt |