Əsas Səhifə > Dünya > PARLAMENTƏ BIÇAQLA GİRMƏK İSTƏYƏN ERMƏNİYƏ CƏZA
PARLAMENTƏ BIÇAQLA GİRMƏK İSTƏYƏN ERMƏNİYƏ CƏZA26-03-2013, 10:55 |
Ötən həftə bıçaqla silahlanaraq Ermənistan parlamentinə daxil olmağa çalışan Vrej Qalstyan haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib. APA-nın məlumatına görə, məhkəmə həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun iddiasını təmin edib. Vrej Qalstyan “Nubaraşen” cəzaçəkmə müəssisəsinə göndərilib. Qeyd edək ki, martın 23-də təhlükəsizlik xidməti əməkdaşlarının xəbərdarlığına tabe olmayan bir şəxs parlamentə daxil olmağa cəhd edib və bu zaman mühafizəçilərdən birini bıçaqla vurub. Həmin şəxsi zərərsizləşdirmək üçün travmatik silah tətbiq olunub və nəticədə o sol budundan yara alıb. İnsidentin səbəbkarının əvvəllər iki dəfə məhkum olunmuş, 1988-ci il təvəllüdlü Masis şəhər sakini Vrej Qalstyan olduğu müəyyənləşib. Qalstyanın əsəb dispanserində qeydiyyatda olduğu bildirilir. Geri qayıt |