Əsas Səhifə > Sosial, Manşet > ŞƏKİLİLƏR: HƏLƏLİK ÜSYAN ƏTRAFIMIZDA DOLAŞIR
ŞƏKİLİLƏR: HƏLƏLİK ÜSYAN ƏTRAFIMIZDA DOLAŞIR26-03-2013, 11:54 |
MÜAVİNİ GÖZLƏNİLƏN ÜSYANI İCRA BAŞÇISININ AYAĞINA YAZMAQ İSTƏYİR DİA.AZ: - Şəkidə bir sahibkarı intihar həddinə çatdırılması ittihamına hədəf olması səbəbindən köhnə başçının gedişindən sonra, 2011-ci ildə Ağstafanın rəhbərliyindən Şəkiyə icra başçısı göndərilən Elxan Usubov bu qədim bölgəmizdə insanların narazılıqlarını cilovlamış kimi görünsə də, məsələ heç də belə deyil. DİA.AZ-a Şəkidəki qaynaqlardan ötürülən informasiyalardan belə aydın olur ki, neçə müddətdir ki, icra başçısı ilə icra hakimiyyətinin öz müavinlərindən biri arasında qalmaqal yaşanmaqdadır və başçı demək olar ki, öz işçisi ilə baş edə bilmir. Söhbət rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili, proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyevdən gedir. Xatırladaq ki, bir müddət əvvəl Firon Əliyevlə Elxan Usubovun icra hakimiyyətinə və rayondakı digər vəzifələrə təyinat məsələlərində də ciddi fikir ayrılıqları yaşaması barədə məlumat vermişdik. DİA.AZ-a Şəkidən ötürülən son informasiylardan isə aydın olur ki, tarixən üsyan təcrübəsi olan Şəki camaatının günü-gündən artan narazılığı başçı ilə fikir ayrılığı yaşayan müavin üçün də göydəndüşmə fürsət olub. Mənbənin söylədikləri: “Şəkidə hamı danışır ki, üsyan Şəkinin böyür-başında fırlanır. Gah Qubada olur, gah da İsmayıllıda. Yəni rayonda narazılıq əslində kuliminasiya həddindədir. Yəni nələrsə olacaq. Buna görə də Firon Əliyev “yuxarılara” donos ötürür ki, öz yerini möhkəm tutmuş olsun. Yəni onun nəzarəti altında “yuxarılara” Elxan Usubovun yaxşı işləmədiyi və bu səbəbdən də sakinləri narazı saldığı haqda fikirlərin yer aldığı məktublar Prezident Administrasiyasına göndərilir”. Mənbəmizin iddialarına görə, amma Şəki camaatı həqiqətən də narazıdır və burada tək Elxan Usubovdan yox, daha çox Firon Əlieyvdən giley-güzar var: “Nə zamansa Şəki partlayacaq. Hələlik üsyan ətrafımızda dolaşır. Amma Şəkida olacaqsa, bütün Azərbaycana səs salacaq”. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |