Əsas Səhifə > Güney Press, Araşdırma > ƏHMƏD ƏHMƏDZADƏNİN İŞÇİLƏRİ NECƏ PUL QAZANIR?

ƏHMƏD ƏHMƏDZADƏNİN İŞÇİLƏRİ NECƏ PUL QAZANIR?


27-03-2013, 09:26
ƏHMƏD ƏHMƏDZADƏNİN İŞÇİLƏRİ NECƏ PUL QAZANIR?
SALYANDA KƏNDLİLƏR NARAZILIQ EDİR

Dövlət uzun illərdir ki, kənd təsərrüfatının inkişafı üçün bu sahəyə önəmli yardımlar edir. Bu yardımlar müxtəlif subsidiyalar şəklində həyata keçirilir və həmin yardımlardan biri də kəndlilərə istifadə etdikləri suyun pulunda böyük güzəştlər edilməsidir.

Lakin bu sənədlərdə belədir. Çünki yerlərdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçioəri dövlətin kəndçiyə etdiyi güzəştləri ləğv etməklə yanaşı kəndli və fermerlərdən daha artıq pul tələb edirlər. Belək ki, bütün ölkədə Əhməd Əhmədzadənin işçiləri kəndlilərdən və fermerlərdən 1m2 su üçün 50 qəpik əvəzinə 5 manat və daha çox pul tələb edirlər. Bu pulu verməyənlərə isə sadəcə su verilmir. Kəndli öz dərdini isə rayonlarda adətən dinləyən olmur. Və təbii ki, kəndli və fermer qapı-qapı düşüb şikayət etməkdənsə, sakitcə tələb olunan pulu verməyə üstünlük verir. Çünki bütün hallarda «örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçir» və şikayət edənlərin sadəcə daha çox xərci çıxır.
20 ilə yaxındır ki, ölkənin bütün kənd təsərrüfatı rayonlarında Sudan İstifadəçilər Assosasiyası fəaliyyət göstərir. Nizamnaməyə əsasən bu asossasiyalar kəndlilər tərəfindən könüllük əsasında qurulur və müqaviləyə əsasən həmin asossasiyalar kəndlilərin əkin sahələrini su ilə təmin edir. Ancaq bu asossasiyaların əsil işi əhalidən su pulu toplamaqdır. Yuxarıda da göstərildiyi kimi əkin sahələrinin suvarılması üçün dövlətin təyin etdiyi qiymətdən ən azı 10 dəfə artıq qiymət tələb olunur və bu yolla hər il kəndlilərin cibindən 100 milyon manatlarla vəsait başda Meliorasiya və Su Təsərrüfatı ASC-nin prezidenti Əhməd Əhmədzadə olmaqla, icra başçılarının, idarə rəhbərlərinin və Sudan İstifadəçilər Assosasiyasının yerlərdəki prezidentlərinin cibinə axır.

Bündan başqa dövlətin büdcədən su kanallarının və kollktorların təmizlənməsi üçün ayırdığı milyonlarla manat vəsait məmqrlar tərəfindən mənimsənilir və su kanallarının və kollktorların təmizlənməsi kəndlinin üzərinə qoyulur.
O zaman təbii olaraq ortaya çıxır. Dövlətin kəndtəsərrüfatına olan yardım və subsidiyaları nəyə gərəkdir? Onsuzda yerlərdə məmurlar həmin yardım və subsidiyaları kəndlinin əlindən alıb cibinə qoyur.

Geri qayıt