Əsas Səhifə > Dünya > "UĞURU ABŞ-IN AYAĞINA YAZMAYIN"

"UĞURU ABŞ-IN AYAĞINA YAZMAYIN"


27-03-2013, 11:15
"UĞURU ABŞ-IN AYAĞINA YAZMAYIN"
TÜRKİYƏLİ NAZİR ETİRAZ EDİR

İsrailin Türkiyədən 9 türk vətəndaşının həlak olmasına görə üzr istəməsi və digər şərtləri yerinə yetirməsini ABŞ-ın uğuru kimi qiymətləndirmək yanlışdır. Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davutoğlü "Habertürk" qəzetinə müsahibəsində bildirib.
"Müxalifət hesab edir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılıq tam olaraq ABŞ-a məxsusdur. Ancaq bu belə deyil. Əgər Türkiyə ABŞ-a təzyiq göstərməsəydi, rəsmi Təl-Əviv Ankaradan üzr istəməyəcəkdi", - Davudoğlu bildirib.
Onun sözlərinə görə, İsrailin Türkiyənin şərtlərini yerinə yetirməsi, ilk növbədə türk diplomatlarının qələbəsidir.
Nazir qeyd edib ki, yaxın vaxta İsraildən olan nümayəndələr "Azadlıq donanması"na qarşı hərbi əməliyyatda həlak olmuş Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsini ilə bağlı bu ölkəyə səfər edəcəklər.

Geri qayıt